Yazmaq üçün darıxmışam. Ürəyimi boşaltmağa ihtiyacım var.
İlin əvvəlində kariyera planlarımı dəyişmək üçün ciddi addımlar attım. Hal-hazırda o mərhələni yekunlaşdıra bilmək üçün kitablardan, mühazirələrdən başımı qaldıra bilmirəm. Çətindir. Yorğunluqdan bəzən ağlamağım gəlir.
Amma xəyallarımı reallaşdırmaq üçün risk almaq məcburiyyətindəydim. Dəyişikliklər asan olmur.
Amma səbrim geri qayıtdığı üçün xoşbəxtəm. İndiki dövr dəyişməyi gözə almağı öyrədir. Gözə almağı bacarmağı.
Hər hadisənin mütləq bir səbəbinin olduğuna əminəm. Bəlkə də 3 yaşımda anamın mənə etdiyi izaha görə hər hadisənin mütləq bir səbəbini axtarıram. Anamdan özüm haqqında soruşanda "çox sakit uşaq olmusan" deyir. Nə yaxşı ki, narahat uşaq olmamışam. Nə yaxşı ki, öz dünyamda xoşbəxt uşaq olmuşam. Mən indi də özümlə, öz dünyamda xoşbəxtəm. Yaxşı ki, valideynlərimin çox müdaxilələri olmayıb.
Ömrün nə zaman bitəcəyini hiç kim bilmir.
Bəlkə indi, bəlkə sabah, bəlkə günlər, illər sonra.
Amma yenə də hər şeyə görə təşəkkürlər Dünya. Yaşatdığın, yaşadığım, yaşamaq məcburiyyətində olduğum, yaşamadığım da hər şeyə görə.