Sunday, 29 December 2013

Frozen (Холодное сердце)

Disney-Frozen
     "Frozen"  -  "Walt Disney Animation Studios" tərəfindən yaradılmış və "Walt Disney Pictures"  şirkətinin istehsal etdiyi  2013-cü ilin 53-cü tam metrajlı kompüter animasiya filmidir. 
    Danimarkalı yazıçı Hans Christian Andersen-nun The Snow Queen ( «Снежная королева») adlı nağılının motivləri əsasında yaradılan və  Kristen Anne Bell ( Кристен Белл) ,  Idina Kim Menzel (Идинa Мензел)  Jonathan Drew Groff (Джонатан Грофф)  Josh Gad (Джош Гэд)  və Santino Fontana (Сантино Фонтана) tərəfindən səsləndirilən bu mutlfilmin ilk premyerası - 2013 cü ilin 27 noyabr tarixində olub.

Sunday, 8 December 2013

"Rəqs dünyası"


    Keçən həftənin bazar günü (01.12.2013) Respublika Sarayında  təşkil olunan "Rəqs dünyası" adlı konserti izlədim.


   Konsert Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası və qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi münasibəti ilə təşkil olunmuşdu.

Friday, 29 November 2013

"Azərbaycan Dövlət rəqs ansamblı" (26.11.2013)


        Ceyran xanım Mahmudova ( Emin Sabitoğlunun qızı ) bizə yəni musiqişünaslara "Azərbaycan xalq yaradıcılığı" fənnini tədris edir. Dərsimiz Azərbaycan xalq mahnı və rəqslərin yaranma tarixi, yaranma səbəbləri, növləri və.s. ilə əlaqədardır. Keçən həftə mövzumuz rəqs musiqisi olduğundan Ceyran xanım bizi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək  Azərbaycan Dövlət rəqs ansamblının konsert proqramına baxmağa dəvət elədi.

Thursday, 21 November 2013

"Benim Dünyam"

    Helen Keller  ABŞ-da yaşayan pedaqoq olub. Körpe çağlarından etibarən kar,kor və dilsiz idi. Amma buna baxmayaraq elədikləri sayəsində dünyada əfsanəvi bir insana çevrilib.O, 17 iyun 1880-cı ildə  Alabamada   hərbiçi Arthur Henley Keller ve Kate Adams Keller'in qızları olaraq dünyaya gəlir. Körpə 19 aylıq olanda keçirdiyi xəstəlik nəticəsində görmək,eşitmək və danışmaq bacarıqlarını itirir.Bunun nəticəsində Helen  nadinc uşağa çevrilir. Valideyinləri həkimə müraciət edirlər. Həkim valideynlərə  belə uşaqlarla çalışan mütəxəssisə müraciət etmələrini söyləyir.Helenin valideynləri Graham Bell ilə əlaqə yaradırlar.

Saturday, 16 November 2013

Min möhtəşəm günəş - Bin muhteşem güneş ( "A Thousand Splendid Suns" ) Khaled Hosseini

    Romanda   iki qadının - Məryəm və Leyla -  onların kəsişən yollarının fonunda 1960-ci illərdən 2003-cü ilə kimi Əfqanıstanda davam edən müharibə və bu müharibə zamanı insanların yaşadığı çətinliklərdən bəhs olunur.Romanın adı  Azərbaycanın görkəmli şairi, 17-ci əsrin Füzulisi sayılan Saib Təbrizinin beytindən götürülüb.

KABUL



(Translated by Dr. Josephine Davis)

Ah! How beautiful is Kabul encircled by her arid mountains
And Rose, of the trails of thorns she envies
Her gusts of powdered soil, slightly sting my eyes
But I love her, for knowing and loving are born of this same dust

Sunday, 3 November 2013

Və dağlardan səda gəldi (And the mountains echoed)

     Bu kitab Xalid Hüseyninin 3-cü romanıdır.Əsərin adı William Blake-in şeirindən götürülüb. Bu barədə yazıçının özünün  kitabın sonunda qeydi var.William Blake (28 noyabr 1757 - 12 avqust 1827)  şair,yazıçı və filosofdur.Özü haqqında burdan geniş məlumat ala bilərsiz.Şeirlər toplusu  Songs of Innocence and Experience  adlanır. Əslində iki hissədən ibarət olan toplunun Songs of İnnocence adlı birinci hissəsi 1789-cu ildə çap olunub.Burdan hər iki hissənin bütün şeirlərinə və rus dilində tərcüməsinə baxa bilərsiz.Əsərin adı Songs of Innocence -dən olan bir şeirin sonuncu misrasından götürülüb : 


Saturday, 2 November 2013

Romeo and Juliet (2013)



     Şeksprin "Romeo və Cülyetta" əsəri yenidən ekranlaşdırılıb.Bu dəfə rejissor kimi Carlo Carlei -i görürük.Bir çox dəfə ekranlaşdırılmasına baxmyaraq görünür hələ də aktual mövzudur ki, dəfələrlə müraciət olunur.Bəlkə də hələ bundan sonra da  dəfələrlə müraciət olunacaq.Film müasirləşdirilməyib.Hadisələr elə erkən intibah dövründə baş verir.Hətta filmdə birbaşa  əsərdən olan şeirlər təqdim olunur.Hətta  Cülyettanın məşhur  eyvanda olarkən verilən səhnəsindəki sözlər belə filmdə də olduğu kimi saxlanılmışdı.

Friday, 25 October 2013

Baku Jazz festival 2013

    Hər il keçirilən jazz festivalı bu il 23 oktyabr - 2 noyabr tarixlərinə təsadüf edir.Mən dünən keçirilən konsertlərin birində yəni Rəşid Behbudov adına mahnı teatrında keçirilən konsertə getmişdim.Konsertlər deyirəm çünki dünən eyni zamanda Baku Jazz Center-də saat 9-da da konsert var idi.Sol tərəfdəki şəkildən də gördüyünüz kimi ifaçı qrup "Jangi" idi. Qrupun yaradıcısı MirCavad Cəfərovdur.
    

Wednesday, 16 October 2013

Qobustan (Gobustan)

Bir müddət bundan əvvəl atadan məni Qobustana aparmasını istəmişdim.  Oktyabrın 16-da getdik.  Bu qoruq 1967-ci ildə (1966-cı il,9 sentyabr)  Azərbaycan     SSR nazirlər   Sovetinin qərarı ilə təşkil olunub.   Qobustan Böyükdaş,   Kiçikdaş və Cingirdaş   adlanan ərazilərdə yerləşən qayalarda həkk edilmiş təsvirlərdir.   E.ə. 8-ci minillikərdən eramızın   19-cu əsrinədək əhatə etməsi baxımından Qobustan dünayda yerləşən abidələrdən ən zənginidir.   2007-ci ildə YUNESKO-nun     Ümumdünya maddi-mənəvi irslər siyahısına daxil edilmişdir.

Monday, 14 October 2013

"Mahmud və Məryəm"


      Başlıqda da gördüyünüz kimi sonuncu dəfə oxuduğum kitab Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor,hal-hazırda Azərbaycan respublikası Baş nazirinin müavini və ən əsası məni ədəbiyyata sevdirən yazıçı - İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsəri oldu.Bu roman "Əsli və Kərəm" dastanının motivləri əsasında qələmə alınıb.

Thursday, 3 October 2013

Çingiz Zülfqar oğlu Hacıbəylinin yubiley gecəsi (1913-2013)


Dünən (02.10.2013) Niyazinin mənzil muzeyində Çingiz Hacıbəylinin yubiley gecesi keçirildi.Çingiz Hacıbəyli Zülfüqar Hacıbəylinin oğlu Niyazininsə qardaşıdır.

Monday, 30 September 2013

Erich Maria Remarque : "Die Nacht von Lissabon" (The Night in Lisbon)


Erix Mariya Remarkın "Lissabon gecesi" adlanan romanı ilk dəfə olaraq 1961-ci ildə  "Welt am Sonntag" ("World on Sunday")  jurnalında çap olunur.Ayrıca olaraq isə 1962-ci ildə çapdan çıxır.Bu roman vaxtilə Almaniyada qəzet redaktoru işləmiş,faşistlərin hakimiyyətə gəlişindən sonra totalitar rejimin buxovlarına dözməyib almanlar tərəfindən hələ zəbt olunmamış Avropa ölkələrinə mühacirət etmiş şəxsin (İkinci Şvars) yaşadığı didərginlik həyatı barədə digər almana Lissabonda bir gecənin içində danışdıqlarından ibarətdir.

Saturday, 21 September 2013

"V Uzeyir Hajibeyli International Festival"

     Dərslər başlayandan haralarda olduğum, nələr elədiyim yəqin ki,hamıya maraqlıdır.Narahat olmayın, kitab təbii ki, oxuyuram,amma artıq dərslərlə bərabər Opera və balet teatrı,Filarmoniya,həmçinin başqa konsert zallarında da konsert proqramları ilə çıxışlar başlayıb.Əvvəlcə onu deyim ki,18-sentyabr Milli musiqi günüdür.Yəni biz musiqiçilərin günüdür.

   Hətta həmin gün münasibətiylə GOOGLE xüsusi logo - Doodle da hazırlamışdı.Bunun üçün təşəkkürlər GOOGLE :) !!!

Friday, 6 September 2013

Stefan Zweig : "Brief einer Unbekannten".

     Stefan Zweig (azərbaycan dilində Ştefan Svayq )1881-ci ildə 28-noyabr tarixində Vyanada varlı yəhudi ailəsində dünyaya gəlib.Dünya ədəbiyyatı tarixinə psixoloji novellalar və tarixi-bioqrafiq oçerklər,esseler ustası kimi daxil olan Ştefan Svayq həyatının çox hissəsini Avstriyadan uzaqda keçirmişdir.Kiçik yaşlarından ədəbiiyata və sənətə böyük maraq göstərmişdir.İngilis,italyan,ispan,fransız dillərində sərbəst danışa bildiyi üçün o dövrün sayılıb seçilən sənət adamları ilə dostluq əlaqələri yaratmışdı.

Wednesday, 4 September 2013

Paulo Coelho - "Na margem do rio Piedra eu sentei e chorei" (By the River Piedra I Sat Down and Wept)

     Yazıçının oxuduğum ikinci kitabı məhz belə adlanır : "Rio-Pyedranın sahilində oturub ağladım".
    Paulo Koelyonun "Kimyagər" əsərini oxuduqdan sonra bir yazıçı kimi bəyənməmişdim.Amma deyəsən beynim onun heç də düşündüyüm kimi yazıçı olmadığını sübüt etmək üçün ikinci dəfə əsərlərindən birini oxumağa qərar verib)))))).Digərinə nəzərən bu əsərini sevdim.Ədəbi deyəri o qədər yüksək olmasa da hadisələrin necə inkişaf edəcəyini maraqla oxuyacağınız bir kitab ola bilər.Ya da içində sevgi olan bütün hekayələr maraqlı olur  :))))

Saturday, 17 August 2013

Sabahattin Ali : "Youssouf le taciturne"

Səbahəddin Əlinin 1937-ci ildə çap olunan "Kuyucaklı Yusuf" adlı əsəri  Azərbaycan dilinə 1985-ci ildə tərcümə olunub.Və elə mənim oxuduğum kitab da həmin ilin avqust ayında( 02.08.1985) alınıb.Nə təsadüf ki,mənə də bu əsəri avqust ayında oxumaq qismət oldu :) Əsərdəki hadisələr 1900-cu illərdə baş verir.Kitabın elə ilk cümləsində 1903-cü il qeyd olunur.

Tuesday, 23 July 2013

Səbahəddin Əli - İçimizdəki şeytan (Sabahattin Ali - İçimizdeki Şeytan)

      Bu yazımın əvvəlində sizləri məşhur türk yazıçısı Səbahəddin Əli ilə tanış etmişdim.Onun  daha iki  romanı var. Romanlarının (sayca 3 romanı var) yazılma tarixi baxımından  birincisi - Kuyucaklı Yusuf (1937) və ikincisi -  İçimizdeki şeytan  ( 1940)  -dır.Bir neçə gün bundan əvvəl "İçimizdəki şeytan"ı  bitirdim.

Thursday, 18 July 2013

Guy de Maupassant : Bel-Ami


Bel-ami

     Bel-Ami, yəni "Əziz dost"  1850-ci ildə dünyaya göz açan fransız yazıçısı Gi de Mopassanın şedevri hesab olunur.Bu roman 1885-ci ildə çap olunub.Parlaq karyeraya sahib olmağa çalışan avatürist Jorj Düruadan bəhs olunur.Qısa ömür yaşayan yazıçı ömür boyu subay qalmasına baxmayaraq bu qısa ömrünə xeyli eşq macərası sığdıra bilib.Bəlkə də bu əsərdəki insan hislərini ona görə bu qədər mükəmməl izah edə bilib.Əsəri oxuduğunuz zaman nə demək istədiyimi anlayacaqsız ;)

Tuesday, 25 June 2013

Erich Maria Remarque : "Arc de Triomphe"



  Erix Mariya Remark 22 iyun 1898-ci ildə Almaniyada doğulub.Özü şəxsən 1-ci dünya müharibəsində iştirak etmişdi.1931-ci ildə İsveçrəyə gedir.1938-ci ildən alman vətəndaşlığından çıxarılır.Əsl soyadı Kramerdir,o bu adı Remark olaraq tərsinə çevirib və bu imza ilə tanınıb.


Mən onun "Zəfər tağı" əsərini oxudum.Əvvəlcə onu deyim ki,Zəfər tağı Parisdə yerləşən tarixi abidədir.

Bu abidənin inşasına Napalyonun istəyilə başlanılmışdır.1806-cı ildə inşasına başlanmasına baxmayaraq arada müəyyən fasilələrlə 1836-cı ildə abidənin inşası bitir.Parisin 6 əsas yol xətlərini kəsişdiyi məkanda tikilib.Deyilənə görə altında məchul fransız bir əsgərin məzarı var.285 ədəd pilləkəni çıxdıqdan sonra möhtəşəm Paris mənzərəsi ilə qarşılaşmaq mümkündür.Üzərindəki işləmələrdən biri də 1799-cu ildə Osmanlı ilə Napalyon arasında baş verən Abukir döyüşündən olan bir təsvirdir.Mamerı Jean Chalgrindir.Burda heç vaxt sönməyən bir atəş yanır ki,bu da 2-ci dünya müharibəsində ölən fransızları anmaq üçün nəzərdə tutulub.







Əsərdən seçdiklərim :                                          

Friday, 31 May 2013

İran xalq musiqisi və Muqami konserti.

     Bu gün maraqlı konsertin şahidi oldum.İran musiqisinin bu qədər qeyri-adi səsləndiyini bilmirdim.Bir də maraqlı alətlər gördüm.Yaxşı əvvəlcədən başlayım :) 

Friday, 17 May 2013

François Chaplinin konserti.

     Fransua Şaplen Fransa piano məktəbinin orta nəslinin parlaq nümayəndələrindən biridir. 8 yaşı olanda Fransanın məşhur dirijoru, pedaqoq Nadya Bulanje gənc musiqiçiyə parlaq gələcəyin onu gözlədiyini demişdi. Daha sonra o, Ventseslav Yankov, Jan-Klod Pennetye kimi pedaqoqlardan dərs almışdır.
Fransua Şaplen 1987-ci ildə Milli konservatoriyanı bitirmişdir. Jüri yekdilliklə ona ilk mükafatı layiq görür. Növbəti mükafatlar Motsart mükafatı, Rober Kasadeus mükafatı olmuşdur.Onu bütün dünyada (Tokio, Berlin, Moskva, Sankt-Peterburq, Riqa, Paris, Alma-ata, Mexiko) solist kimi dəvət edirlər. O, mütəmadi olaraq bir çox prestijli festivallarda iştirak edir.

Thursday, 9 May 2013

Frans Kafka : Atama məktub.


Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi.

Sunday, 28 April 2013

Die Madonna im Pelzmantel.

Azərbaycan dilində "Kürk mantolu madonna" - Səbahəddin Əlinin 1943-cü ildə yayımlanan romanının adıdır.Nazim Hikmətin "Türk edebiyatının ilk devrimci-gerçekçi hikâyeci ve romancısı"   deye adlandırdığı Səbahəddin Əli 25 fevral 1907-ci ildə Ədirnə vilayətində anadan olub.Atası Səlahəddin Əlinin piyada yüzbaşı olması ilə əlaqədar olaraq yazıçı ilkin təhsilini ölkənin fərqli şəhərlərində(İstanbul,Çanaqqala,Edremit) tamamlayıb.

Saturday, 20 April 2013

The 5th Gara Garayev international contemporary music Festival Baku, Azerbaijan, 14-19 April 2013.



 Dünən 5-ci beynəlxalq Qara Qarayev adına müasir musiqi festivalının bağlanışı keçirildi.Maraqlıdı nədənsə mənə bu festivalın ancaq bağlanışına getmək nəsib olur.2011-ci ildə bu festivalın 4-cüsü keçiriləndə də bağlanışıa gedə bilmişdim.Həmin günü o qədər dəqiqliklə xatırlayıram ki...

Thursday, 18 April 2013

Susanna Tamaro : " Va' dove ti porta il cuore"


     Rəsmdə gördüyünüz bu xanım yəni Susanna Tamaro 1957-ci ildə dekabrın 12-də İtaliyada anadan olmuşdur.

Friday, 12 April 2013

Khaled Hosseini - "The Kite Runner".




Xalid Hüseyni : Çərpələng uçuran.

     Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabil şəhərində doğulub.Tacik əsilli yazıçıdır.İxtisasca həkim olmasına baxmayaraq bu sənətinə yalnız 2004-cü ilə kimi davam edib.2003-cü ildə yayımlanan "Çərpələng uçuran" əsəri isə onun ilk romanıdır.

Tuesday, 9 April 2013

Paulo Coelho - "O Alquimista".




     Uzun zamandır ki,bizim ölkədə məhşur olmasına baxmayaraq mən onun əsərlərindən birini oxuyub bitirməyə yalnız bu gün müvəffəq oldum.1947-ci ildə Brazilyada - Rio de Janeyroda anadan olan Paulonun hədsiz qəribə həyatı olub.Ən maraqlısı onun bir zamanlar hippi olmasıdır.

Wednesday, 3 April 2013

Covanni Ozzolanın foto-sərgisi :)


     Nəhayət canım arkadaşım olan Xəyalə ilə çoxdandır planlaşdırdığımız amma gedə bilmədiyimiz sərgiyə getdik.Deyəsən bir az qarışıq cümlə oldu :P .