Xalid Hüseyni : Çərpələng uçuran.
Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabil şəhərində doğulub.Tacik əsilli yazıçıdır.İxtisasca həkim olmasına baxmayaraq bu sənətinə yalnız 2004-cü ilə kimi davam edib.2003-cü ildə yayımlanan "Çərpələng uçuran" əsəri isə onun ilk romanıdır.
Bu kitab məndə varlığından xəbərdar olduğum mövcudluğunun fərqində olmadığım Əfqanıstan haqqında müəyyən təssüratlar yaratdı.Mərkəzi Asiyanın cənub-qərbində yerləşən Əfqanıstan - Pakistan,İran,Türkmənistan,Özbəkistan,Tacikistan və Çinlə həmsərhəddir.Əsas əhalisi əfqanlardır.Taciklər,özbəklər,türkmənlər,mərkəz hissəsində xəzarilər,nuristanlılar yaşayırlar.
Bu kitab məndə varlığından xəbərdar olduğum mövcudluğunun fərqində olmadığım Əfqanıstan haqqında müəyyən təssüratlar yaratdı.Mərkəzi Asiyanın cənub-qərbində yerləşən Əfqanıstan - Pakistan,İran,Türkmənistan,Özbəkistan,Tacikistan və Çinlə həmsərhəddir.Əsas əhalisi əfqanlardır.Taciklər,özbəklər,türkmənlər,mərkəz hissəsində xəzarilər,nuristanlılar yaşayırlar.
Romandakı hadisələr 1970-ci illəri əhatə edir.İkinci dünya müharibəsindən sonra monarxiya üsuli ilə idarə olunan ölkədə 1973-cü ildə hərbi çevriliş nəticəsində şah hakimiyyəti devrildi və Əfqanıstan respublika elan olundu.1978-ci ilin aprelində dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələr Əfqanıstan Demokratik Respublikasının yarandığını elan etdilər.1979-cu ildə SSRİ Əfqanıstana ordu yeritdi.Hakimiyyətə B.Karməl gətirildi.1988-ci ildə Cenevrədə BMT-nin vasitəçiliyi ilə imzalanan sazişdəki maddələrdən biri də Sovet qoşunlarının Əfqanıstandan çıxarılması idi.1995-ci ildə Pakistan tərəfindən dəstəklənən "Taliban" hərəkatı meydana çıxdı.1999-cu ildə ölkənin bütün ərazisinə nəzarət etməyə başladılar.Talib hökümətinin ABŞ-ın bir nömrəli terrorçu elan etdiyi Üsəma bin Ladenə(Əl Qaidə teror təşkilatının lideri,bu təşkilat ABŞ-da baş verən 11 sentyabr hadisəsinin onlar tərəfindən təşkil olunduğunu elan etmişdilər) sığınacaq verməsi ABŞ və onun müttəfiqlərinin 2001-ci ildə Əfqanıstana silahlı müdaxilə etməsi üçün bəhanə oldu.Hakimiyyətə ABŞ tərəfindən dəstəklənən Həmid Kərzayi gətirildi.
Tarixi faktlardan əlavə onu da qeyd eləməliyəm ki,yaşanılan bu hadisələr xalqda hədsiz dərəcədə ağır yaralar açır.Xüsusilə "Taliban" rejiminin mövcud olduğu dövrdə 1996-2001 ci illərdə qız uşaqlarının təhsil alması qadan olundu,500-ə yaxın məktəbin fəaliyyəti dayandırıldı,1998-ci ildə 450 kişi saqqalların kəsdiyi üçün,110 qadın kifayət qədər bağlı olmadığı üçün müxtəlif üsullarla cəzalandırıldı.Öldürülən insan sayı hər mənbədə fərqli qeyd olunur.Amma təbii ki,istər rəsmi istərsə də
qeyri-rəsmi məlumatlardakılar dəhşətli rəqəmlərdir.
İnsan psixologiyasını ən yaxşı izah edə bilən müasir əsərlərdəndir.Əvvəlcə
kitabı oxuyub daha sonra film izləməyinizi tövsiyə edirəm.
Kitab axıcı yazılıb.Əslində
əsər haqqında o qədər də məlumat vermək
fikrində deyiləm.Ən yaxşısı özünüz oxuyun.Amma bu əsərin adını ilk dəfə
eşidəndə hədsiz maraqlı gəlmişdi.Çünki çərpələng sözünü axrıncı dəfə yəqinki məktəbdə oxuyanda eşitmişdim.Əsərdə çərpələngin necə uçurulduğu haqqında çox geniş məlumat verilib.Film kitabdakı hadisələri bütünlüklə əhatə etmir.İxtisarlar var.Bir də filmdə əfqan
xalqının maraqlı rəqs etdiklərinin şahidi oldum.Əgər filmdə göstərildiyi kimi rəqs
edirlərsə (xüsusilə kişilər ) çox fərqli,deyərdim insanın üzündə maraqlı təbəssüm
oyadan rəqs elementləri var imiş.
Kitabdan qeydlərim :
1."Savaş onuru aradan kaldırmaz tam tersine çok daha fazla onur gerektirir."
2."...Yalnızca bir günah vardır, tek bir günah. O da hırsızlıktır. Onun dışındaki bütün günahlar, hırsızlığın bir çeşitlemesidir."
"Bir insanı öldürdüğün zaman, bir yaşamı çalmış olursun. Karısının elinden bir kocayı, çocuklarından bir babayı almış olursun. Yalan söylediğinde, birinin gerçeğe ulaşma hakkını çalarsın. Hile yaptığın, birini aldattığın zaman doğruluğu, haklılığı çalmış olursun."
3"....ama geçmiş için söyleneler yanlış. Ben onun nasıl gömüleceğini öğrendim. Her ne kadar geçmiş pençeleriyle kendine bir çıkış yolu açmayı becerse de."
4.“Çocuklar boyama kitabı değildir. Onları en sevdiğin renklere boyayamazsın.”
5."Bir yerde okuduğum ya da birinden duyduğum bir cümleyi anımsadım:Afganistan’da çocuk çok ama çocukluk yok."
7.İnsanı geçmişinden dolayı eleştirmek
bana mı düşmüştü?
8.Pişmanlık nedir, çok iyi biliyordum.
9.YAŞAM BİR TRENDİR, ATLA.
P.S.Bir gün çərpələngin necə uçurulduğunu görmək istərdim :)
Həm kitabda həm də filmdə Həsənin oğluna qız paltarı geyindirib rəqs etdirdikləri bir səhnə var.Əslinə bu Əfqanıstanda bir adət imiş.Burdan hətta bununla bağlı şəkillər belə baxa bilərsiz.
Həm kitabda həm də filmdə Həsənin oğluna qız paltarı geyindirib rəqs etdirdikləri bir səhnə var.Əslinə bu Əfqanıstanda bir adət imiş.Burdan hətta bununla bağlı şəkillər belə baxa bilərsiz.

Çox maraqlı əsərdir,filmi də həmçinin..
ReplyDeleteaha hə çox maraqlı əsərdi :)
ReplyDelete