Suat Derviş adını aranızda bəlkə də eşitməyənləriniz var. 1903-cü ildə İstanbulda anadan olan, Osmanlı imperatorluğunun son dövründə jurnalist kimi fəaliyyətə başlamış və ümumiyyətlə dövrünün ən məşhur yazıçılarından biri olmuşdur. Əsərləri xarici dillərə tərcümə olunan ilk türk yazıçılardan olan Suat Derviş 30-a yaxın roman, bir sıra məqalə, hekayələr müəllifidir.
Uşaqlığında dövrü üçün çox yaxşı təhsil görmüş, fransız və alman dilləri öyrədilmişdi. Kiçik yaşlarından Nazım Hikmetlə dostluqları var imiş və hətta Nazım Hikmet ona aşiq də olubmuş. Deyilənə görə, 1920-ci ildə yazdığı “Gölgesi” adlı şeirini də Suat Dervişə həsr edib.
Avropaya müxbir olaraq gedən ilk qadın jurnalist, qadın haqları, demokratiya uğrunda mübarizə aparan Suat Dervişin ən məşhur əsəri elə “Forforlu Cevriye” əsəridir. Əsərin baş qəhrəmanı - anasının kim olduğunu heç vaxt bilməyən, heç atasının da simasını az-maz xatırlayan Cevriye “küçə qızı”dır. Həyatda qalmaq uğrunda verdiyi mübarizə hər nə qədər onu sərtləşdirsə də eyni zamanda daxilində zərif bir qızı da qoruyub saxlaya bilib. Bunun elə özü də əslində “ona” aşiq olduğu zaman başa düşür. Suat Dervişin qələmindən xəbərsiz idim, təsadüfən oxumağa qərar verdim, tövsiyyə edirəm, bir qadın digərini bu qədər yaxşı duya bilər. Yazıçı Cevriyenin bütün keçirdiyi hisleri oxucuya ötürə bilib. Əsər, həm belə bitməsini istəmədiyim, həm də ən yaxşı halda elə belə də bitməli idi dediyim sonluqla bitdi.
P.S. Kitab anamın bibisinindir. Bizim evdə bəzi kitablar ondan qalıb. Hətta evdəki qırmızı ensiklopediyaları belə anama o hədiyyə edib. O, rəhmətə gedəndə çox kiçik idin. Anamın ürəyində isə onun yeri bir ayrıdır.
Sevigylə.
P.S. Kitab anamın bibisinindir. Bizim evdə bəzi kitablar ondan qalıb. Hətta evdəki qırmızı ensiklopediyaları belə anama o hədiyyə edib. O, rəhmətə gedəndə çox kiçik idin. Anamın ürəyində isə onun yeri bir ayrıdır.
Sevigylə.

No comments:
Post a Comment