Martın 5-də. Aysel tərəfindən :)
Wednesday, 5 March 2014
Nərgiz gülü :)
Bu il evimizə gələn ilk novruzgülü hədiyyə oldu. Bu gün.
Martın 5-də. Aysel tərəfindən :) ! !! Çəhrayı lentli və öz həyətlərindən :) !!! Keçən dəfəki yazıma diqqət yetirdiyi və mənə novruzgülü gətirdiyi üçün xoşbəxt idim. Önəmli idi . Özünün səhər tezdən fərdi dərsi olan muğam dərsinə gələrkən ( evləri kifayət qədər universitetə uzaqdadır) gül solmasın deyə bufetə düşüb, suya qoyması önəmli idi, diqqəti önəmli idi.
Martın 5-də. Aysel tərəfindən :)
Monday, 3 March 2014
Celtic Legends
Dünyaca məşhur step rəqsinin usta ifaçıları “Celtic Legends” rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı oldu. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşatdı. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutan konsertdə iştirak etmək mənə qismət oldu. Step rəqsinin əsrarəngiz ahəngindən inanılmaz böyük zövq aldım.
Sunday, 2 March 2014
:) autumn,winter, SPRING !!!
Paxlava qoxusu mənim üçün Novruz deməkdi. Nə şəkərbura, nə qoğal... Məhz paxlava qoxusu.Uşaqlığımdan paxlavanı sevmişəm, amma bu 3 şirniyyat içində ən sevmədiyim şəkərbura olub. Hər halda anam uşaq vaxtı aşı sevdirməyə çalışdığı qədər mənə şəkərburanı sevdirməmişdi. Çünki düyü camalı gözəlləşdirir, ömrü uzadırdı.
Subscribe to:
Posts (Atom)

