Wednesday, 5 March 2014

Nərgiz gülü :)

    Bu il evimizə gələn ilk novruzgülü hədiyyə oldu. Bu gün. 
Martın 5-də. Aysel tərəfindən :) !!! Çəhrayı lentli və öz həyətlərindən :) !!!  Keçən dəfəki yazıma diqqət yetirdiyi və mənə novruzgülü gətirdiyi üçün xoşbəxt idim. Önəmli idi. Özünün səhər tezdən fərdi dərsi olan muğam dərsinə gələrkən ( evləri kifayət qədər universitetə uzaqdadır) gül solmasın deyə bufetə düşüb, suya qoyması önəmli idi, diqqəti önəmli idi. 




P.S. Aysel,dərin təşəkkürlər :) !!! İllər keçsə belə məhz bu novruzgülünün xatirəsi hər zaman qalacaq. İnsanı yaşadan bəzən elə xatirələr deyilmi ? ...


Novruzgülüm də var artıq. Qoxusu otağa yayılıb. 
Bu gül  qışdan sonra ilk olaraq açan çiçəklərdən biridir və yazın gəlişini xəbər verir. 
İki çərşənbəni geridə qoyduq. Çox keçməz, hava isinəcək,  quşların səsi eşidiləcək.
Yaza nə qalıb ki  =)


Noutbookda Mahler  səslənir : Titan Simfoniyası, keçən semestr Musiqi tarixi fənnindən bu əsər haqqında sərbəst iş yazmışdım. Musiqinin izahını biləndə dinləmək rahat olur, özündən mənalar yükləməyə çalışmırsan. Bu yazını yazacağıma söz vermişdim, günəş çoxdan qürub edib, təki ömrümüzdə heç vaxt qürub etməsin. Və sağlıqla qalın =))





No comments:

Post a Comment