Mənimlə eyni gündə doğulan, Qırğızıstanın, bütün Türk dünyasının, eləcə də ümumən dünya ədəbiyyatının ən dəyərli, qiymətli yazıçılarından olan Çingiz Aytmatov 1928-ci ildə anadan olub. Atası dövrünün görkəmli hökümət adamlarından biri idi. Lakin Stalin hakimiyyətdə olduğu bir vaxtda, yəni 1937-ci ildə tutulmuşdu, 1938-ci ildə isə öldürülmüşdü. Əslən tatar qızı olan anası isə aktrisa idi. Çingiz Aytmatovun adı Böyük Monqol imperiyasının qurucusu Çingiz xana görə qoyulmuşdu. Təhsilini əvvəlcə baytar həkim kimi almışdı.
Qırğızıstan höküməti qurulandan sonra Lüksemburqda səfir kimi işləyəndə 1999-cu ildə Bişkek yaxınlığındakı kütləvi məzarlıqda atasının sümüklərinə rast gəlinmişdi. Yazıçı öldürülən 137 nəfər insanın arasında 62 il sonra atasını tapmışdı.
Məktəbdə hamımız "Gün var əsrə bərabər" adlı romanının bir parçasını mütləq ki, oxumuşuq. Hələki o romanını tam oxumamışam. Bir də çox ehtimal ki, Türkan Şorayla Kadir İnanırın baş rollarını ifa etdikləri "Selvi boylum, al yazmalım" adlı filmə baxmısınız. Həmin əsərin bizim dildə adı "Qırmızı şal", rus dilində isə "Тополёк мой в красной косынке" adlanır. Məncə elə "Sevgi nədir?" sualına da o əsəriylə ən gözəl cavabı yazmış yazıçıdır.
"Sevgi neydi?
Coşkun akan dere, sonbahar rüzgarıyla ürperen yapraklar, cama vurup dağılan yağmur damlaları, bir yürek çırpıntısı?
Sonunda coşkun dere durulur, yapraklar kurur dökülür, yağmur diner, güneş çıkardı.
Sevgi neydi?
Sevgi sahip çıkan, dost, sıcak insan eli, insan emeği miydi? Sevgi iyilikti, sevgi emekti."
Bundan əvvəl isə onun fransız yazıçısı Luois Aragonun "Dünyanın ən gözəl eşq hekayəsi" deyə adlandırdığı "Cəmilə" əsərini oxumuşdum.
Onun sevgini təsvir etmə qabliyyəti çox özünəməxsusdu, həm Şərq, həm türk, eyni zamanda qırğız elemetləri görünür. Onun təsvir etdiyi qadınlar özünə inamlı və dəyanətli qadınlar olur. Ümumiyyətlə məncə Şərq qadınları Qərbdən çox daha ləyaqətli və qərarlarında qəti olurlar.
Yazıçı 21-ci əsrin 8-ci ilində Almaniyanın Nünberq şəhərində yerləşən klinikada vəfat edir.
1966-cı ildən sonra bütün əsərlərini rus dilində çap eləmişdi. 1966-ci ildə "Əlvida, Gülsarı!"-nı da qələmə rus dilində alır. Əsərdəki bütün hadisələr əsas iki obrazın - kəndli Tanabay və onun yorğa atı Gülsarının fonunda cərəyan edir.Əsərdən başa düşdüyüm qədərilə yorğa atlar xüsusi cins atlar hesab olunurlar. Onların qaçışı digər atlardan daha sürətli olur. Gülsarı Tanabayın ömür yolunun demək olar hər anına şahid olmuşdu. Onun ölüm səhnəsində isə ağlamamaq mümkün deyildi. Ən dəhşətli səhnə isə ata verilən əziyyət idi. Bir də ürəyimdə heç vaxt Tanabayın oğlunu bağışlamayacam. Həyat yoldaşı isə dünyanın ən sədaqətli həyat yoldaşı idi. Yazıçı inkişaf adı altında yaşadığı cəmiyyətin bütün dəyərlərini itirməsini tez-tez dilə gətirir.
Bildiyim qədərilə əksər əsərlərində, eləcə də bu əsərində qırğız folklorundan olan nümunələrinə rast gəlmək mümkündür.
Əsərdəki bütün hadisələr sakitliklə, eyni zamanda asta və tez baş verirdi. Sadə insan gözüylə dünyanı dərk etməyə vadar edən əsərdi.
Bildiyim qədərilə əksər əsərlərində, eləcə də bu əsərində qırğız folklorundan olan nümunələrinə rast gəlmək mümkündür.
Əsərdəki bütün hadisələr sakitliklə, eyni zamanda asta və tez baş verirdi. Sadə insan gözüylə dünyanı dərk etməyə vadar edən əsərdi.
Yazısı çox axıcıdı, bizə yaxındı. Ümumiyyətlə Çingiz Aytmatovun əsərləri özünüzdən ixtiyarsız kmi təsəvvürünüzdə yalnız film kimi canlanmır, özünüz onun təsvir etdiyi hər yerdə sanki əsərin içindəymişsiniz kimi yaşayacaqsız Onun təsvir etdiyi soyuğu da, istini də hiss edəcəksiz. Oxuyanda böyük zövq almaq istədiyiniz əsər axtarırsınızsa Çingiz Aytmatovun əsərlərini mütləq oxuyun.
Hamımız qocalırıq, hamımızın axırı birdir.
Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözləyirik ki, biri bərk naxoşlasın, ya da ki, yıxılıb ölsün. Onda adamın qədrini bilirik. Bilirik ki, kim idi, nəçi idi, işinə-gücünə qiymət qoyuruq.
Ömrün yarısı xəyallarda keçir, bəlkə buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ila bilmir. Hamının öz taleyi vardı. Sevinci, kədəri vardı.
Qız ki qızdır, yaxşı ələ düşəndə görürsən gül kimi açılıb, baxırsan, baxmaqdan doymursan; pis yerə düşəndə nə olur-baxanda ürəyinin qabığı gedir.
Eyni vaxtda eyni dağın üstündə həm işıq ola bilir, kölgə də ola bilir - insan taleyi də bunun kimi. Elə buna görə də həyat rəngarəng olur.
İnsan qocalır, ancaq ürək təslim olmaq istəmir, əlinə fürsət düşən kimi, ürək hay salıb xatirələri oyadır.
Ancaq insanı qocaldan təkcə illər deyildi. Özünün qoca olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.
Ancaq insanı qocaldan təkcə illər deyildi. Özünün qoca olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.
Ertəsi gün anaları qayıdıb gələndə qızlar bir oyun çıxartdılar ki, gəl görəsən! Ata əlbəttə atadır, ancaq anasız o da bir şeyə dəymirdi.
"Atalar nahaq yerə deməyiblər ki: “Yaxşı arvad pis kişini ər eylər, ortababı şir ürəkli nər eylər, yaxşı əri dillərdə əzbər eylər”.

No comments:
Post a Comment