Thursday, 29 December 2016

Klassik Musiqi Konserti : Hüseynova Arzu; Əliyeva Mirxavər (09.12.2016)

Arzunu 9 ildir ki, tanıyıram, 9 ildir ki, rəfiqəmdi, 9 ildir ki, bir-birimizin böyüməyinə şahid oluruq. O məndən fərqlidi, mən onun gözündə necəyəm bilmirəm amma mənə görə o, özünə də, həyata qarşı da çox sərtdi. Həddindən artıq hər şeyi düşünür, hətta qərarsızlıqda qalıb sonra da hər şeyin necə var elə  olduğu kimi davam etməsinə razı olanlardandı, mənsə ən pis qərarın qərarsızlıqdan daha  yaxşı olduğunu müdafiə edənlərdənəm, mütləq hansısa  qərarı verib  onu tezliklə reallaşdırmağa çalışanlardanam. 

Əslində keçən il magistraturaya hazırlaşmayacaqdı, sonra qərarını dəyişdi, İndi Bakı Xoreoqrafiya Akademiyasının magistratura pilləsinin I kursunda  professor Ülviyyə Hacıbəylinin sinfində təhsil alır. 9 dekabrda onun və qrupyoldaşı Əliyeva Mirxavərin də konserti idi. Mən də orda aparıcı idim. 
Arzunun ifa etdiyi  bütün əsərləri demək olar əzbər bilirəm, arada qərarsız qalanda onun üçün əsərləri mən də seçirəm. 
Arzu, Niyazinin ev muzeyi sənə çox doğmadı bunu bilirəm, hətta Ülviyyə xanın sayəsində demək olar ikinci evindi :)))

Konsertdə həm Qərb Avropa bəstəkarlarının, həm də milli bəstəkarlarımızın piano üçün bəstələdiyi əsərlər səsləndi. 
Bu da proqram :

1.     Johannes Brahms - Hungarian Dances № 4
2.     Johannes Brahms - Hungarian Dances № 1
3.     Sergei Rachmaninoff - Études-Tableaux Op.33 №8 ( g moll )
4.     Gara Garayev  - “Dance of the palace girls” from the ballet “Seven Beauty”
5.     Claude Debussy – “Clair de Lune” from “Suite Bergamasque”
6.     Faraj Garayev - "Sən mənim günəşimsən"
7.     Jovdat Hajiyev - Ballade
8.     Niyazi - Scherzo
9.     Fikret Amirov – “Waltz” from the opera “Sevil” 
Youtub-a əsərlərin bəzilərini yerləşdirə bildim. 









P.S. Arzu, bloq yazısını gec yazdığım üçün bağışla, bilirsən mən çox sürətlə yaşayıram, həyat mənə çatmağa çalışır, arada da belə gecikir :)))

No comments:

Post a Comment