Serenato Dolore
I hissə
Əli
Əlizadə (*1961) – Serenato Dolore (1999)
Valentin
Silvestrov (*1937) – Piano və orkestr üçü Postludia (1984)
I.
Comodo
II.
Allegro Vivace
III.
Dolce
II hissə
Giya
Kançeli (*1935) - 4 saylı
simfoniya (1974)
“In memoria de Michelangelo”
Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Okrestri
Dirijor Vladimir Runçak
Ülviyyə
Hacıbəyli piano
Əli Əlizadə (*1961) – Azərbaycan Dövlət
Konservatoriyasını 1985-ci ildə prof. Fərəc Qarayevin sinfi üzrə bitirib. Moskvada
Bəstəkarların Ümumİttifaq Müsabiqəsində
1-ci mükafata (1985), Bakıda BMT-nin təşkil etdiyi respublika Bəstəkarlıq
Müsabiqəsində əsas mükafatlardan birinə (1998) layiq görülüb. 1987-99-cu illərdə
Azərbaycan İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasında çalışıb. 1999-cu
ildən Van şəhərində Yüzüncü Yıl Universitetində dərs deyir. 1999-cu ildən
Czechsky Krunlov’da Vinko Globokar,
Osvaldas Balakauskas və Marek Kopelend’in rəhbərlik etdiyi seminarda,
1985-2000-ci illərdə Bakı, Budapeşt,
Tauturgen və Moskvada müxtəlif festival
və görüşlərdə iştirak edib. Bu illər ərzində
əsərləri Almaniya, Belçika, Flippin,
Hollandiya, Gürcüstan, Qazaxıstan, Macarıstan, Rusiya, Ukrayna, Yaponiya və
başqa ölkələrdə keçirilən forum və konsertlərdə ifa edilib.
Əsas əsərləri
: Simfoniya, soprano və müxtəlif inturmental ansambllar üçün “Qədim səslər”, “The answer to all
questions”, “Cantabile... Məkan içində dialoq” ; insturmental ansambl üçün “Van
gölünə nostaljik baxış”, 2 simli kvartet, viola və piano üçün “Two Recitatives
and Air”, fleyta və maqnitofon yazısı üçün “Tənha çinarın ağısı”, piano üçün
“Doqquz Oyun”, Melodiya və.s.
Serenata
Dolore əsəri 1999-cu ildə yazılıb. İki din, iki mədəniyyət, iki
sivilizasiya – Şərq və Qərbin əbədi qarşıdurması mövzusuna məxsusi baxış əsərin
konsepsiyasının özəyini təşkil edir.
Əsər
sanki üç müxtəlif laydan ibarətdir : bu laylardan hər biri problemi yeni baxış
bucağından işıqlandırmaqla yanaşı, öz fəlsəfi məzmunu və emosional tonusu ilə bədii
tamın təşkilinə təsir göstərir.
Şərq-Qərb
dilemasının müxtəlif tərəfləri burada sanki üç nöqteyi-nəzərdən , ədəbiyyatda
mövcud növ differensiyasına (dram, lirika, epos) uyğun açıqlanır. İki dünya, iki mədəniyyət zahirən
bir-birindən fərqlənsə də, ən nəhayətində bir-birilə səsləşir, tanrı qarşısında
öz faniliyini dərk edən insanın iç dünyasını eyni tərzdə səciyyələndirir.
Valentin Silvestrov (*1937) – görkəmli
Ukrayna bəstəkarıdır. Postsovet məkanında aparıcı bəstəkarlardan olan
Silvestrov ilk təhsilini Kiyevin inşaat-mühəndislik insititutunda almış, lakin
orada üç il oxuduqdan sonra, 1958-ci ildə musiqiçi olmaq həvəsi onu Kiyev Dövlət
Konservatoriyasına gətirmişdir. O burada
Boris Lyatoşinskinin sinfində bəstəkarlıq üzrə təhsil almış və bu təhsil
ocağını 1964-cü ildə bitirmişdir.
1961-ci
ildə bəstəkar ilk seriya texnikasında yazılmış əsərini yaradır, bu “Pinao üçün
beş pyes” idi. 1960-cı ildə bədii prinsipləri sosialist realizmin əleyhinə olan
bəstəkarın “Kiyev avanqardı” (bura Leonid Qrabovski və başqaları daxil idilər)
qrupuna daxil olur. 1970-cı ildə Ukrayna Bəstəkarlıq İttifaqından buna görə
xaric olunur. Bütün bunlara baxmayaraq bəstəkar dünya şöhrəti qazanır, 1989-cu
ildə Ukraynanın Xalq Artisti Adına layiq görülür, bir çox orden və medallarla təltif
olunur, əsərləri dünya miqyaslı ifaçılar tərəfindən məşhur festivallarda səslənir.
Əsas əsərləri
: On simfoniya, üç simli kvartet, vokal və xor əsərləri, Rekviem, Hymn, viola
üçün Lacrimosa, bir çox solo və kamera-insturmental əsərləri, bunlarla yanaşı
kino musiqisi sahəsində də çox işləmişdir.
Piano və
okrestr üçün Postludio 1984-cü ildə Kiyevdə yazılmış və bir çox dünya
şöhrətli ifaçılar tərəfindən səsləndirilmişdir.
Giya Kançeli (*1935) – dünya şöhrətli gürcü bəstəkarı,
SSRİ xalq artisti, ilk təhsilini Tiflis Universitetinin geoloji fakültəsində
almışdır, bundan sonra, 1963-cü ildə Tiflis Dövlət Konservatoriyasının bəstəkarlıq
fakülətəsini (prof. İ.İ.Tuskiyanın sinfi) bitirmişdir.
Tezliklə
bütün SSRİ məkanın şöhrətlənən bəstəkar 1976-cı ildə SSRİ Dövlət Mükafatına
layiq görülür. Əsərləri dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilmiş, bəstəkar
bir çox mükafatlarla təltif olunmuşdur. Postsovet məkanının aparıcı bəstəkarlarından
biri hesab edilir.
Əsas əsərləri
: Yeddi simfoniya, Piano, timpani və orkestr üçün Largo və Allegro, violin və
kiçik orkestr üçün “Bridges to Bach”, BSO üçün “Lingering”, “Nu.Mu.Zu”, “Dirilər
üçün musiqi”operası, vokal və xor əsərləri, bir çox solo və kamera instrumental
əsərləri, bunlarla yanaşı bəstəkar kino musiqisi sahəsində də çox işləmiş, o,
cümlədən məşhur “Küp”(1970), “Mimono” (1977) və Azərbaycan istehsalı olan
“Milli bomba” (2004) filminə musiqi yazmışdır.
4 saylı
simfoniya (1974) dahi italyan heykəltaraşı, rəssamı və memarı
Michelangelo Buonarrotinin doğumunun 500 illiyinə ithaf edilmişdir. Əsər
1975-ci ildə Dövlət Mükafatına layiq görülmüşdür.
P.S. Ən çox sevdiyim əsər Əli Əlizadənin əsəri oldu.
Bir də bura şəkil olaraq Məkkənin "Xatirə" subjectli göndərdiyi mailimdəki şəkilimizi yerləşdirmək istərdim amma gözlərimiz o qədər yorğun idi ki, ürək eləmədim :))

No comments:
Post a Comment