Tanqo musiqisinin mənşəyi kimi əsasən Argentina, Uruqvay, Bounes Ayres göstərilir. Dövr baxımından bu təxminən 19-cu əsrin ortalarına təsadüf edir. Səs yazısı kimi ilk tanqo musiqisi argentinalı Angel Villoldo tərəfindən ifa edilib və Parisdə yazılıb. Parisdə yazılmasının səbəbi isə o dövrdə Argentinada heç bir səs yazma studiyasının olmaması idi.
Tanqo musiqisinin və rəqsinin "Qızıl dövrü" 1935-1952-ci illərə təsadüf edir.
Tanqo musiqisinin ritmləri əsasən 4/4 ölçüsündə ( şəkildə gördüyünüz kimi) olur. Yəqinki indi bütün musiqiçilər 1 və 2 | və 3 və | 4 və deyərək ürəyində həmin ritmi oxuyur :)))

24 noyabr həftənin 4-cü gününə yəni, magistr dərs ilimizin 1-ci kursunun 1-ci semestrində ən çox dərsimiz ( yəni 2 dərsimiz) olan gününə təsadüf edirdi.
Dərsdən çıxandan sonra çox böyük əziyyətlərlə Məkkəni evə getməməyə razı salmışdım. (wuhuu afərin mənə :D )
Konsert iki hissədən ibarət idi.
Birinci hissədə Argentinalılar ifa etdilər.
http://www.victorvillena.fr - bu həmin qrupun rəsmi saytıdır.
İfa olunan əsərləri aşağıda qeyd edəcəm. Hamısını təbii ki, elə də bəyənmədim, amma bəzilərini playlistinizə əlavə edə bilərsiz. :)))
- Caminito - Juan de Dios Filiberto
- Despertar- Alejandra Shwarz
- Maypa - Roberto Alvarez
- Dulce Cacero - Sonia Possetti
- El vino del Olvido -Adrian Politi
- Bounes Aires-Tokyo - Julian Plaza
- Adios Nonino - Astor Piazolla
- Palomita Blanca - Anselmo Aieta
- Papas Calientes Edgardo Donato
- Milonga Para Coco - Alejandra Shwarz
- Zamba De Valderrama - Cuchi Leguizamon
- Angustias (Chacarera) - Dino Salusi
- Jesus Maria -Muler Makaroff
- Rio Negro - Muler Makaroff
İkinci hissə Muğam hissəsi idi. Muğam hissəsini həqiqətən çox bəyəndim. Sondakı sintez haqqında sussam yaxşıdı -).
No comments:
Post a Comment