Wednesday, 9 November 2016

İkimizin yerinə

Spoiler vermək istəməzdim. Filmə baxmağa qərarlısınızsa bu hissəsini oxumayın. Birinci uşağını itirməsin deyə ikinci uşağını dünyaya gətirir. Amma bunun heç bir faydası olmur, birinci uşağı xərçəng xəsləyindən dünyasını dəyişir. İkinci uşağını da birinci uşağı kimi Çiçek adı verir və ikinci uşağını birinci uşağının yerinə qoyur amma əslində ikinci uşağını heç sevmir.  


Filmin dramatikliyi qızın özünün də xəbəri olmadan başqa bir qızın həyatını yaşadığının fərqinə varmasında idi. Mövzunu həddindən artıq dramatikləşdiriblər halbuki məncə daha başqa cür yanaşmaq olardı. Düzünü deyim Nejat İşlerin Çiçəyin atası olduğunu düşündüyüm məqamlar var idi. Əslində filmə baxan kim olsa bunu təbii olaraq düşünərdi. Çünki Zerrin Tekindor 52 yaşındadı. Nejat İşler 44 yaşında. Yəni aktyor seçimində xəta var. Çiçəyin anasını canlandıracaq qadın 60 yaşında biri olmalı idi, ya da Çiçəyin sevgilisi rolunu canlandıran aktyor daha cavan olmalı idi.  Filmin sonunda aydın olur ki, Doğan əvvəlcə birinci Çiçəyin sevgilisi olub. İndi də ikinci Çiçəyə aşiq olur. Ən gülməlisi 18 il əvvəli göstərən zaman Nejta İşleri daha cavan göstərmək üçün qoyma saçdan istifadə edilməsi idi. Buna həqiqətən güldüm :))) 
Filmin sonu çox standart idi. Qız başqa bir şəhərə yəni təbii ki,  İstanbula qaçır və hadisənin maraqlı tərəfi də necə olur bilmirəm amma  tamamilə yeni bir həyat qurur. Amma yenə də o boyda meqapolisdə belə Doğanla rastlaşırlar. 


Filmin trailerini sentyabrda görmüşdüm. Açığı Nejat İşler olduğuna görə düzü maraqlı olacağını düşünmüşdüm. Amma film bizim kinoteatrlarda göstərilməyə başlayandan sonra gedənlərin bəyənmədiklərini gördüm. Sevgi filmi deyil. Dram filmi də deyil. Janr olaraq açığı nə olduğunu da bilmədim. Filmdə yeganə xoşuma gələn xarici mahnı var idi, hələ də adını tapa bilməmişəm. 

Bir də Ahmet Tellinin "Çocuksun sen" şeirini eşitmiş oldum. 


Dünyanın dışına atılmış bir adımdın sen
Ömrümüzse karşılıksız sorulardı hepsi bu
Şu samanyolu hani avuçlarından dökülen
Kum taneleri var ya onlardan birindeyim
Yeni bir yolculuğa çıkıyorum kar yağıyor
Bir aşk tipiye tutuluyor daha ilk dönemeçte

Çocuksun sen sesindeki tipiye tutulduğum

Dönüşen ve suya dönüşen sorular soruyorsun
Sesin bir çağlayan olup dolduruyor uçurumlarımı
Kötü bir anlatıcıyım oysa ben ve ne zaman
Birisi adres sorsa önce silaha davranıyorum
Kekemeyim en az kasabalı aşklar kadar mahçup
Ve üzgün kentler arıyorum ayrılıklar için
Bir yanlışlığım bu dünyada en az senin kadar
Ve sen kendi küllerini savuruyorsun dağa taşa
Bir daha doğmamak için doğmak diyorsun
Ölümlülerin işi bir de mutlu olanların
Onların hep bir öyküsü olur ve yaşarlar
Bırakıp gidemezler alıştıkları ne varsa
Çocuksun sen her ayrılıkta imlası bozulan
Susan bir çocuktan daha büyük bir tehdit
Ne olabilir, sorumun karşılığını bilmiyor kimse
Kötü bir anlatıcıyım oysa ben ve ne zaman
Bir kaza olsa adı aşk oluyor artık
Aşksa dünyanın çoktan unuttuğu bir tansık
Seni bekliyorum orda, o kirlenen ütopyada
Kirpiklerime düşüyorsun bir çiy damlası olarak
Yumuyorum gözlerimi gözkapaklarımın içindesin
Sonsuz bir uykuya dalıyorum sonra ve sen

Hiç büyümüyorsun artık iyi ki büyümüyorsun
Adınla başlıyorum her şiire ve her mısrada
Esirgeyensin bağışlayansın, biad ediyorum.
Çocuksun sen ve bu dünya sana göre değil

2

Çocuksun sen sesinin çağlayanına düştüm
Bir çiçeğe tutundum düşerken, ordayım hâlâ
Sallanıp durmaktayım bir saatin sarkacı
Nasıl gidip geliyor gidip geliyorsa öyle
Zaman benim işte, nesneleşiyor tüm anlar
Dursam ölürüm paramparça olur dünya

Çocuksun sen sesinin çağlayanına düştüğüm

Uçurum diyordun bir aşk uçurum özlemidir
Bırakıyorum öyleyse kendimi sesinin boşluğuna
Tutunabileceğim tüm umutları görmiyeyim için
Gözlerimi bağlıyorum geceyi mendil yaparak
(Gözlerim bir yerlerde daha bağlanmıştı, bunu
Unutmuyorum unutmuyorum unutmuyorum hiç)
Bir rüzgâr esse ellerin fesleğen kokuyor
Kırlangıçlar konuyor alnına akşamüstleri
Bu yüzden bir kanat sesiyim yamaçlarda
Üzgün bir erguvan ağacıyla konuşuyorum
Ayrılığın zorlaştığı yerdeyim ve dalgınlığım
Bir mülteci hüznüne dönüyor artık bu kentte

Çocuksun sen alnına kırlangıçlar konan

Bir bulutun peşine takılıp gittiğimiz yer
Okyanus diyelim istersen ya da sen söyle
Batık bir gemiyim orda, seni bekliyorum
Upuzun bir sessizliğim fırtınalar patlarken
Gövdem köle tacirlerinin barut yanıkları içinde
Ve gittikçe acıtıyor yaralarımı tuzlu su

Çocuksun sen, büyümek yakışmazdı hiç
Gülüşünün kokusuyla yeşerdi bu elma ağacı
(Soluğunun elma kokması bundandı belki)
Bir elma kokusuna tutundum düşerken
Sallanıp durmaktayım bir saatin sarkacı
Nasıl gidip geliyor gidip geliyorsa öyle

Çocuksun sen, çocuğumsun



Filmi ümumilikdə bəyənmədim amma etiraf edim ki, Nejat İşlerin  melanxolik tərzini izləmək gözəl idi. Onu çoxdandı hansısa bir filmdə görməmişdim. 




P.S. Məqsədimiz  görüşmək idi. Hər halda qızlar yaxşı ki, varsız!

No comments:

Post a Comment