Sunday, 30 October 2016

"Questa musica"

 Yaxşı xüsusiyyət deyil bəlkə amma mən unutmayım deyə çox zaman etməli olduqlarımı ya telefonumun təqvim, ya da qeydlər hissəsinə yazıram.  Hətta həmişə də telefonum itsə içindəki heç nə yox, məhz o qeydlərimi xatırlamamaqdan qorxuram. Yazmayanda həmin gün nə etməli olduğumu bilmirəm. Dünən elə məhz  nə etməli olduğumu xatırlamadığım, yəni konsertə getməli olduğumu telefonuma qeyd etmədiyim  günlərdən idi. Aysel zəng edib xəbər etməsəydi heç xatırlamayacaqdım. 

Konsert 1 saat davam etdi. Fərəc Qarayevin əsərini ilk dəfə idi eşidirdim. Amma Berio-nun Sinfoniyasına 2013-cü ildə keçirilən Qara Qarayev adına müasir musiqi festivalının bağlanışında qulaq asmışdım. Yəni Filip Çijevskinin siması çoxdan tanışdı. Bu əsər ilk dəfə ABŞ-da Leonard Berstainın rəhbərliyi ilə ifa olunub. Azərbaycanda, daha dəqiq desək, nəinki postsovet, hətta Şərqi Avropa məkanında ilk dəfə 2013-cü ildə həmin festival çərçivəsində səslənmişdi. Mürəkkəbliyinə görə ümumiyyətlə az ifa olunan əsərdi. Əslində bəstəkar əsərdə Mahler, Ravel, Debüssi, Bethoven, Stravinski kimi bəstəkarların musiqisindən sitatlar istifadə edib. Amma bununla belə o sitatları tamamilə özününkiləşdirilmiş formada təqdim edir. Nəinki Motsatın Rekviyeminin yeni versiyası kimi. 

Təəssüf ki, telefonumun yaddaşı ancaq Fərəc Qarayevin "Serenada" 1971 -  əsərini videoya çəkməyə icazə verdi. Onu da Dissonanze Azərbaijan Kanalımıza dünən yerləşdirdim. 


P.S. Bir gün bütün "təəssüf" sözlüylə başlayaraq qurduğum cümlələri "xoşbəxtlik"lə əvəz etmək ümidilə hələlik. 


No comments:

Post a Comment