Tarixin heç vaxt dəqiqliklə bilinməyəcək faktlarından biri "Əli və Nino" əsərinin həqiqətdə kim tərəfindən yazılmasıdır. Əsərin yazılma tarixi isə məlumdur : 1937-ci il. Yəni 80 ildən artıq bir müddət sonra nəhayət ekranlaşdırıldı. Filmdə də yalnız baş rolların sevgi hekayəsini yox, o dövrün Bakısı da görürük. Həmçinin Azərbaycanın möhtəşəm təbiətinin heyranedici peyzajlarının da şahidi oluruq.
"Əli və Nino" filminin rejissoru əslən hindli və Böyük Bitaniyada yaşayan müsəlman ailəsində 1972-ci ildə doğulan Asif Kapadiyadır. Çəkdiyi filmlərin əksəriyyəti fərqli film festivallarında həm qalib gəlib, həm də müəyyən nominasiyalara layiq görülüb.
Rejissoru olduğu maraqlı filmlərindən biri Sundance Film Festival-da Documentary kateqoriyası, Los Angeles Film Festival-da Best International Feature kateqoriyası üzrə, qalib olan "Senna" filmidir. Hansı ki, bu film F1 yarışlarının ən yaxşı pilotlarından biri olan Ayrton Sennaya həsr olunub. Ayrton Senna Dünya Formula 1 yarışlarında 3 dəfə birincilik əldə edib. 1994-cü ildə San Marionadakı yarışlar əsnasında keçirdiyi qəzada 34 yaşında həyata gözlərini yumur.
Digər filmlərin biri "Amy-dir. Bu film 28 yaşında ölənlərdən biri olan məşhur ifaçı Amy Winehouse-a həsr olunub. Rejissorun 2018-ci ildə premyerası nəzərdə tutulan sonuncu filmi isə "Maradona" filmidir.
Filmin ssenari müəllifi isə Kristofer Hemptondur. 20 pyes və 150-dən çox kino üçün ssenarinin müəllifidir.
Şoder de Laklonun "Les Liaisons dangereuses" romanının film üçün ssenarisinin, ssenarisinə görə Oskar mükafatına layiq görülən "Atonement" filminin ssenari müəllifidir.
Ninomuz ilk dəfə kinoya 16 yaşında çəkilən ispan aktrisası Mariya Valverde-dir. Əlimiz Fələstin Yəhudilərindən olan Adam Bakhridir. Oskara layiq görülən "Ömər" filminin baş rol ifaçısıdır.
Filmin çəkilişləri Azərbaycanın bir çox guşələrində çəkilib. Çəkilişlər sözsüz ki, İçərişəhərdə, Bibiheybət, Qobustan, Gədəbəy, Xınalıq, Gəncədə baş tutub. İçərişəhərdəki çəkilişlər 2 həftə davam edib. Əsərdə hadisələrin baş verdiyi bəzi tarixi məkanlar elə həmin yerlərdə də çəkilib. Əsərdə Əli Bakı-Rus İmperator Gimzaniyasında təhsil alır. Bu indiki Azərbaycan Dövlət İqtisad Universitetidir. Əli Ninoya Kraliça Tamarının gimnaziyasının qapılarında rast gəlir. Bu indiki 132 saylı məktəbdir. Tağıyevin binasında gimnaziyanın məzunlarının gecəsi keçirilir. Əli və Nino Qubernator bağında ilk dəfə bir-birilərini öpürlər. Bu da indiki Vahid adına parkdır. Nino və erməni aristokratı Məlik Naxararyan Şalyapinin Bakıdakı konsertini hal-hazırdakı Opera və Balet teatrımızda izləyirlər.

Film Gəncədəki körpüdə gedən döyüşlərdə Əlinin bolşeviklərə qarşı döyüşdə həlak olması ilə sona çatır.
İlk növbədə filmdə həqiqətən çox böyük əziyyətlərin olduğu aydındır. Azərbaycan Cumuriyyətinin qurulmasının da filmdə əks olunmasını əslində çox böyük uğur kimi sayıram, bircə Məhəmməd Əmin Rəsulzadə obrazı da olsaydı. Film xaricilərə əslində sadə və eqzotik şərq təsvirindən başqa bir məna kəsb edər, əgər onlar bizim tarixi bilsələr. Filmdə kobud səhv olan məqamsa bizim indiki himnimizin 1918-ci ildə qurulan Cumhuriyyətimizin himni kimi qələmə verilməsidir.
No comments:
Post a Comment