Monday, 21 August 2017

Gustave Flaubert : "Madame Bovary"

Qustav Floberin adını onun əsəri əsasında yazılmış Musorqskinin eyniadlı operası olan  "Salambo"  əsərindən sonra eşitmişdim. 
Oxuduğum əsəri məni çox məyus etdiyin görə dünya ədəbiyyatında realist axının nümayəndələrindən biri hesab olunsa da nə onun haqqında, nə də yaradıcılığı haqqında yazmağa həvəsim yoxdu. 
Birbaşa əsər haqqında öz fikirlərimi yazıb kifayətlənməyi düşünürəm. 

Genlərimdə Şərq qadını ruhunu daşıdığımdan və  azərbaycanlı nöqteyi nəzərimdən yanaşsam mənə görə ən mənəviyyatsız əsərlərdən biridir. İnsan ürəyində xoşbəxt deyilsə ona  xoşbəxtliyi başqaları gətirə bilməz, eləcə də o kimisə xoşbəxt edə bilməz. Üstəlik  həyat yoldaşı  ( məncə əslində Şarl elə ancaq onun nazıyla oynayırdı) onu xoşbəxt etmir deyə onu  Leonla, Rodofla aldatmalı deyildi. Həyatdakı xoşbəxtliyi başqalarında axtarmaq da mənasızdır. 

Tuesday, 8 August 2017

Çingiz Aytmatov : "Əlvida, Gülsarı!"

Mənimlə eyni gündə doğulan, Qırğızıstanın, bütün Türk dünyasının, eləcə də ümumən dünya ədəbiyyatının ən dəyərli, qiymətli yazıçılarından olan Çingiz Aytmatov 1928-ci ildə anadan olub. Atası dövrünün görkəmli hökümət adamlarından biri idi. Lakin  Stalin hakimiyyətdə olduğu bir vaxtda, yəni 1937-ci ildə tutulmuşdu, 1938-ci ildə isə öldürülmüşdü. Əslən tatar qızı olan anası isə aktrisa idi. Çingiz Aytmatovun adı Böyük Monqol imperiyasının qurucusu Çingiz xana görə qoyulmuşdu. Təhsilini əvvəlcə baytar həkim kimi almışdı.