Friday, 4 September 2015

Albert Camus : "L'Étranger" (1942)

"Bu gün anam ölüb. Bəlkə, dünən olub bu, xəbərim yoxdur?" - Bu məşhur cümlənin yəqinki Alber Kamünün "Yad" adlı romanının ilk cümləsi olduğunu bilməyəniniz yoxdur . 


Hadisələr elə baş qəhrəman Mersonun dilindən nəql olunan romanda baş qəhrəman Merso qısa zaman ərzində bir cinayətkara çevrilir.   Nəinki ətrafda baş verən hadisələrə hətta özünə belə özgələşən Merso, sonunun necə olacağını bilsə belə kifayət qədər soyuqqanlı davranır. Əsər boyu bunu çox aydın şəkildə hiss eləmək mümkündür.