Sunday, 25 May 2014

VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı

      Beynəlxalq Mstislav Rostropoviç festivalı dünyanın ən mühüm musiqi festivalları siyahısına daxildir. 2007-ci ildən Bakıda keçirilən festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir.



      Bu il festival mayın 12-dən mayın 18-nə kimi davam elədi. Məncə hər bir musiqiçi festival çərçivəsindəki konsertlərdən heç olmasa birinə mütləq getməlidir. Mən də mayın 14-də Saraydakı konsertə gedə bildim. Konsertin proqramı ancaq Bethovenə aid idi. Onun No 3 simfoniyası və No 5 fortepiano ilə orkestr üçün konserti səsləndi.




Friday, 16 May 2014

Nazan Bekiroğlu - "Nar Ağacı" ( Sen öyle çağırmasan ben böyle gelmezdim )

     İki uşaq anası olan Nazan Bekiroğlu 1953-cü ildə Trabzonda dünyaya gəlib. Hal-hazırda "Zaman" qəzetinin mədəniyyət-incəsənət səhifəsində yazılar yazır. 2006-cı ildə "Cam Irmağı, Taş Gemi" adlı hekayəsiylə Türk Yazıçılar Birliyinin hekayə mükafatı ilə təltif olunub. Sonuncu kitabı "Mimoza sürgünü" (2013) adlanır. "Nar ağacı" kitabı isə 2012-ci ildə yayımlanıb. 


Sunday, 11 May 2014

Miniatür kitab muzeyi


    Anamla ildə 4 dəfə ənənəvi olaraq mütləq dəniz kənarına gəzməyə gedirik. Şanslı uşağam, anam dənizi görmədən yaşaya bilmədiyimi bilir. Heç vaxt da etiraz etmədən gəlir. Bu gəzintilərdən hər biri bir fəsilə təsadüf edir. Yəni, Xəzəri ilin hər fəsilində görmüşəm. 

     Qız qalasının qarşısından keçəndə  bir neçə dənə  balaca  Qız qalası maketləri üzərində müxtəlif rəsmlər əks olunmuşdu. Bu Qız qalasını görüb çəkməsəm olmazdı :)) Düzü nə sərgisi idi adını bilmədim. 



Friday, 9 May 2014

Firəngiz Əlizadə : "İntizar" operası

     May ayının 4-də bəstəkar Firəngiz Əlizadənin "İntizar" operasının Azərbaycan  Dövlət Akademik Opera və Balet teatrında premyerası baş tutdu. Bu opera  ilk dəfə Sarayda səhnəyə qoyulmuşdu. Libretto müəllifi Nərgiz Paşayevadır. Mövzu Qarabağla bağlıdır. Librettonu diqqətlə oxuyanda nə demək istədiyimi başa düşəcəksiz.

Libretto : 
Pərdə No1
Şəkil No 1