Sunday, 25 May 2014

VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı

      Beynəlxalq Mstislav Rostropoviç festivalı dünyanın ən mühüm musiqi festivalları siyahısına daxildir. 2007-ci ildən Bakıda keçirilən festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir.



      Bu il festival mayın 12-dən mayın 18-nə kimi davam elədi. Məncə hər bir musiqiçi festival çərçivəsindəki konsertlərdən heç olmasa birinə mütləq getməlidir. Mən də mayın 14-də Saraydakı konsertə gedə bildim. Konsertin proqramı ancaq Bethovenə aid idi. Onun No 3 simfoniyası və No 5 fortepiano ilə orkestr üçün konserti səsləndi.






 Orkestr Sankt-Peterburq Filarmonik Orkestri idi. Dirijor Yuri Termikanov, pianoçu isə Denis Kojuxin idi. İfaya söz ola bilməzdi. 





Əslində konsertlərdə ən sevdiyim proqramdakı əsərlər bitdikdən sonra tamaşaçıların çoxsaylı alqışlarının ardından proqram olmayan miniatür əsərlərin səslənməsi idi. Belə ki, bu konsertdə də elə oldu. Pianoçu Baxın prelüdiyasını ifa elədi. Telefonumda olan texniki problemlərə görə həmin prelüdiyanın ifası silinib. Amma sonda orkestrin Schubert və Vagnerdən ifa etdikləri musiqi nümunələri isə qalıb. Buyurun bu da həmin konsertdən 
görüntülər. 








































No comments:

Post a Comment