Friday, 19 October 2018

Catherine Bybee - Wife by Wednesday

 Əvvəllər kifayət qədər imkanlı ailənin qızı olan amerikalı Samanta və britaniyalı hersoq Bleykin sövdələşmə əsasında reallaşan, lakin daha sonra real sevgiyə çevrilən münasibətləri haqqındadır. Samantanın atası öz səhvləri ucbatından iflasa uğrayır, bu hadisələrdən sonra Samanta ailənin yükünü daşımağa çalışır və iflic olmuş bacısına ən yaxşı şəraitdə baxılmasını təmin etmək üçün əlindən gələni edir. Lakin bu ondan kifayət qədər vəsait tələb edir. 

Sunday, 7 October 2018

Fərəh Pəhləvi (Yıxılan rejimin və bitməyən eşqin hekayəsi)

"Xatirə Ədəbiyyatı"ndan oxuduğum növbəti kitab İran şahı Məhəmməd Rza Pəhləvinin üçüncü həyat yoldaşı Fərəh Diba, yəni Şahbanu Fərəh Pəhləvinin "Xatirələr" kitabı oldu. Hər nə qədər xatirələrində bunu çox zaman yox, demək olar ümumiyyətlə qeyd etməsə də  Diba ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Tehranda dünyaya göz açan Fərəh Parisdə memarlıq təhsili almağa başlayır, lakin ailə qurduğu üçün təhsilini yarımçıq qoyur. 1967-ci ildə Kraliça (Şahbanu) titulunu qəbul edir və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanınır.