Sunday, 7 October 2018

Fərəh Pəhləvi (Yıxılan rejimin və bitməyən eşqin hekayəsi)

"Xatirə Ədəbiyyatı"ndan oxuduğum növbəti kitab İran şahı Məhəmməd Rza Pəhləvinin üçüncü həyat yoldaşı Fərəh Diba, yəni Şahbanu Fərəh Pəhləvinin "Xatirələr" kitabı oldu. Hər nə qədər xatirələrində bunu çox zaman yox, demək olar ümumiyyətlə qeyd etməsə də  Diba ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Tehranda dünyaya göz açan Fərəh Parisdə memarlıq təhsili almağa başlayır, lakin ailə qurduğu üçün təhsilini yarımçıq qoyur. 1967-ci ildə Kraliça (Şahbanu) titulunu qəbul edir və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanınır. 

Əlbəət hər yazılan xatırə özündə sözsüz ki, müəyyən subyektivliyi əhatə edir, lakin bununla belə düşünrəm ki, İslam inqilabının ölkənin təməlində dayanan sütunlara bir də yenidən bərpası bəlkə də illər sonra mümkün olan dəhşətli zərbələr endirib. Bu sütunlar mədəniyyətdən, təhsilə ağla gələ biləcək əksər meyarlarda özünü büruzə verir. Müqayisə nə dərəcədə düzgün olar bilmirəm amma məncə bir növ Taliban rejimi Əfqanıstanda nə etmişdisə onun bir başqa formasını da (bir az az, bir az çox) İslam inqilabı İranda etmiş oldu. 
Fərəh Pəhləvi "Xatirələr"ini 1999-cu ildə qələmə alıb. Kitabı oxuyarkən zamanda səyahət etmək də çox maraqlı idi. Dövrünün tanınmış ölkə başçıları, siyasətçiləri ilə bir növ ünsiyyətdə olmaq qeyri-adi bir duyğudur. Amma eyni zamanda Fərəh kitabda bir qadın, bir ana, həyat yoldaşı kimi keçirdiyi hisləri bölüşürdü. 
İnternetdə əslində Fərəh Pəhləvi ilə bağlı çəkilmiş bir sıra səbədli filmlərə rast gələ bilərsiz. Mən isə sizə illər əvvəl baxdığım Sevil Nuriyevanın Fərəh Pəhləvi ilə birgə müsahibəsini izləməyinizi tövsiyyə edərdim. 

No comments:

Post a Comment