"İsfar" fars dilindən tərcümədə işıldama, parıltı, digər versiyaya görə bir şeyi açma, aşkar etmə göstərmə, daha bir veriyaya görə isə bir şeyin nəticəsində meydana çıxma mənasını verir. Gördüyünüz şəkli də 1985-ci ildə çapdan çıxan və anamın bibisi Mənzərə müəllimə tərəfindən alınan (bizim evə necə gəlib çıxıb, orasın bilmirəm) Azərbaycan Klassik Ədəbiyyatını oxumaq üçün "Ərəb və fars sözləri" lüğəti kitabından çəkmişəm.
Çünki biz musiqiçilərə İsfar adı çox tanışdı. Yanvarın 12-də Musiqi Nəzəri Sistemləri fənnindən olan imtahanımızdan bir gün əvvəl Niyazinin ev muzeyində İsfar Sarabskiylə görüş keçirilirdi. Təbii ki, onun canlı ifasını canlı dinləmək həqiqətən gözəl idi. Mənim facebook-dan çox ani olaraq xəbərimin olduğu görüşü yaşlı rus nənələri hardan bilib gəlmişdilər orası hələ də qaranlıq qalıb. Çünki bu görüşün keçirilməsinin özü belə çox ani olaraq qərara a lınıbmış.Ordakı yaşlı bir xanımın mənlə Məkkəyə verdiyi məsləhətləri isə unutmayacam :)
Yerləşdirdiyim videoalardan həmin görüşü tamlıqla izləyə bilərsiz, birincisi onun ifası, ikincisi onunla suallar əsasında qurulmuş söhbət videolarıdır.

No comments:
Post a Comment