Şotlandiya əsilli, ekizlər bürcü ( heyif ki, oxatan bürcü deyil), məşhur Şerlok Holms obrazının yaradıcısı Artur Konan Doyl 1859-cu ildə paytaxt Edinburqda anadan olub.
İlk təhsilini 9 yaşında ikən Meri Hell Katolik məktəbində alır. 1875-ci ildə xristianlıqdan imtina edir və aqnostik olur. Bilməyənnlər üçün aqnostisizm - tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan elm, fəlsəfi cərəyandır. XIX əsrin ikinci yarısında formalaşıb. Bu cərəyanın tərəfdarlarına aqnostik deyilir.
