Friday, 1 December 2017

Sir Arthur Ignatius Conan Doyle : The Hound of Baskervilles

Şotlandiya əsilli, ekizlər bürcü ( heyif ki, oxatan bürcü deyil), məşhur Şerlok Holms obrazının yaradıcısı  Artur Konan Doyl 1859-cu ildə paytaxt Edinburqda anadan olub. 
İlk təhsilini 9 yaşında ikən Meri Hell Katolik məktəbində alır. 1875-ci ildə xristianlıqdan imtina edir və aqnostik olur. Bilməyənnlər üçün aqnostisizm -  tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan elm, fəlsəfi cərəyandır. XIX əsrin ikinci yarısında formalaşıb. Bu cərəyanın tərəfdarlarına aqnostik deyilir.

 Qədim yunan dilindəki "agnostos", yəni "bilinə bilməz olan" sözündəndir. 1876-cı ildən 1881-ci ilə kimi Edinburq universitetində tibb təshili alır.  Yaradıcılığa universiteti bitirib həkim kimi işləyərkən başlayır. İlk hekayəsi "Chambers's Edinburgh Journal" adlı dərgidə çap olunanda onun 20 yaşı hələ tamam olmamışdı. 
Oxucularla ilk dəfə tanış etdiyi məşhur Şerlok Holms obrazı  müəllifə elə ilk uğur gətirən"Qırmızı fayl" adlı hekayəsində yer almışdı. Deyilənə görə Şerlok Holms obrazı müəllifin tələbə ikən universitetdən tanıdığı professor Jozef Bellin prototipi idi. Bu uğurlu hekayədən sonra müəllif  digər hekayələrində həmin obrazın yeni macəralarını qələmə almağa başlayır. Qəhrəmani Şerlok Holmsu "Son problem" adlı hekayədə əzəli düşməni Professor Moriart ilə bir yerdə şəlalədən aşaraq öldürmüşdü. Bu ölüm  oxucular tərəfindən birmənalı qarşılanmır və yazıçı öz qəhrəmanını yenidən  "Boş ev macərası" adlı hekayəsilə ədəbiyyata qaytarır. Ümumən Şerlok Holms müəllifin 56 hekayəsinin və 4 romanının qəhrəmanıdır. 
Məsləhətim baş rolunda Benedict Cumberbatch olduğu məşhur Sherlock  serialına da mütləq baxın.  



Artur Konan Doyl iki dəfə ailəli olmuşdur. Birinci evliliyi 20 il - həyat yoldaşının vəfatına kimi davam etmişdir. Həyat yoldaşı xəstəlikdən rəhmətə getdikdən sonra ikinci dəfə isə hələ evliykən aşiq olduğu lakin həyat yoldaşına olan sədaqətindən ( ilk dəfə hansısa yazıçının həyatında belə bir hadisəylə qarşılaşdım ) bunu ürəyində gəzdirdiyi Cin Leki ilə ailə qurur. Ümumən 5 uşağı olur. 

"Baskervillərin iti" əsəri  Çarlz Baskervilin ölümü üzərində aparılan tədqiqat işinə əsaslanır. 


Bu romanda diqqətimi ən çox çəkən cümlə isə bu oldu : 


Allah böyük mərhəmət sahibi olduğundan, bu günahları bizə bağışlamağa da qadirdir və elə bir günah yoxdur ki, onu dua və tövbə ilə bağışlatmaq mümkün olmasın. Buna görə də keçmişin qorxunc əhvalatlarını unudun, amma sonralar yenə də günah işlətməkdən çəkinin, elə olmasın ki, bizi məhv edə bilən pis-pis ehtirasların meydana çıxmasına yol verək.  (Aqnostik olan birinin öz romanında belə bir cümlə yazması çox təəccüblü haldır. ) 

Aqata Krsitinin "Şərq ekspressində qətl" əsəri haqqında yazanda da əgər xatırlayırsızsa qeyd etmişdim, dedektiv janrında yazılan əsərlər mənə görə bir o qədər də ədəbi dəyər daşımır. Ümumən diqqətli oxucusunuzsa sizə hadisələrə daha diqqətlə və başqa tərəflərdən yanaşmağı öyrədir. 

Bu kimi dedektiv  əsərləri niyə işlərimin çox olduğu bir zamanda oxuduğumun niyəsini isə hələ bilmirəm :) 
P.S. Və əgər diqqətli oxucusunuzsa mən burda bir məlumatı səhv yazmışam. Sizcə nəyi ? :) 


No comments:

Post a Comment