Yazımın başlığının çox nostalji səsləndiyinin fərqindəyəm, məqsədim sizə nostalgiya yaşatmaq deyil. Ola bilsin "ötən əsr" ifadəsini işlətdikdə çox uzaq keçmiş kimi bir təəssürat yaranmasının səbəbi texnikanın kosmik sürətlə inkişaf etməsidir. Sizə bu yazımda əslində heç üzərindən bir əsr belə keçməyən lakin həmçinin konsert reperturalında çox nadirən, bəlkə də heç rast gəlmədiyimiz əsərlərimizdən yazacam.
Musiqi tariximizin ən ürəkağırdan məqamlarındandı : bəstəkarlarımızın not yazılarının tapılmaması, itməsi. Hər bir bəstəkarda bu bildiyimiz və eləcə də bilmədiyimiz səbəblərlə bağlıdır.
Əslində adını bildiyimiz lakin o əsər haqqında heç bir anlayışımızın olmamasına səbəblərdən biri də əsərlərin not yazılarının olmamasıdır.
Hətta əsərlərin not yazıları olsa da repertuarda demək olar eyni əsərlərin səsləndirilməsi faktı da danılmazdır. Təəssüf.
Taleyi belə olan əsərlərdən biri də dahi Niyazinin "Çitra" baleti, Fikrət Əmirovun "Azərbaycan qravürləri" əsərləridir. Çox təəssüflər olsun ki, bu siyahını bir xeyli davam etdirə bilərəm.
Dünən konsertdə Niyazinin "Çitra" baletinin musiqisi əsasında hazırlanmış süita, Fikrət Əmirovun isə heç vaxt səslənməyən "Azərbaycan qravürləri" əsərləri Bakı dinləyicisinə təqdim olundu. "Çitra" baleti youtube-da tamlıqla var. Kim yerləşdirib bilmirəm amma mütləq qulaq asmağınızı tövsiyyə edirəm. Çox istərdim ki, bu balet səhnələşdirilsin. Amma təbii indi heç olmasa konsert ifasında yaşamasına da sevinirik. "Azərbaycan qravürləri" isə Fikrət Əmirovun simfonik yaradıcılığının ən gözəl nümumələrindəndir. Azərbaycan musiqi tarixini vərəqləyərkən adına rast gəldiyim amma heç vaxt eşitmədiyim bu əsər həqiqətən çox gözəldir.
Qara Qarayevin "Alban rapsodiyası" isə tez-tez səslənməyən əsərlərdəndir. Canlı ifada dinləmək həqiqətən çox gözəldir.
Qısası dünən olduğum ən maraqlı konsertlərdən biri idi.

Gələcəyə ümidlə baxmasa insan yaşaya bilməz. Bir gün burda yazdığım problemlər öz həllini ümid edirəm nə zamanda tapar və ürəyimdə gizlətdiyim musiqimizə dair arzuları reallaşdıraram.
Mustafa Mehmandarov, sizə isə çoxlu-çoxlu yaradıcılıq uğurları arzu edirəm.
P.S. Bu şəkil də dünəndən xatirə olaraq burda qalsın :)
P.S. Bu şəkil də dünəndən xatirə olaraq burda qalsın :)

No comments:
Post a Comment