Sunday, 30 September 2018

Menekşe kokulu hikayeler


İçərisində 69 hekayə olan bu kitabda hər hekayənin bir adı var idi və hər hekayənin əvvəlində də onun mahiyyətinə uyğun məşhurlardan cümlə yazılmışdı.

Kitabdakı bəzi hekayələr artıq tanış idi, nə zamansa internetdən qarşıma çıxanda oxumuşdum. Amma hər bir hekayəni bəyəndiyimi də deyə bilmərəm, hətta bəzilərini mənalandıra bilmədim. 

Amma aralarında dəyərliləri də az deyildi. 📜Ümumən kitabdakı hekayələrin aşılamağa çalışdığı nəcib fikir bu idi : 

Sevginin, doğruluğun, yaxşılığın gücünə inanın və ilk əvvəl özünüzə sevgi ilə yanaşın, sonra ətrafınıza, onun bapbalaca, bir damcı işartısı belə dünyanı(mızı) sağaltmağa kifayət edir. 


Qısası, qaranlıq məsələlərin üzərindən sükutla keçməyin. Təzadlı həqiqət yoxdur, dünyanı və yaşamağı sadələşdirin.Onda həyat düşüncənizin təsəvvür qabliyyətindən də daha çox gözəlləşəcək. 
☕️Öğrencilerin bilmeleri gerektiğinden daha çok şey bilmeyen bir öğretmenden daha korkunç hiçbir şey olamaz.
☕️ İyilik hiçbir zaman boşa gitmeyen tek yatırımdır.
 ☕️ Affetmek ve unutmak iyi insanların intikamıdır.
P.S. Kitabın rahiyyəsi isə ayrıca gözəl idi 
Sevgiylə qalın 🔮 

No comments:

Post a Comment