Sunday, 23 September 2018

Marc Levy : "All Those Things We Never Said"

Bu əsəri oxumamışdan əvvəl hər kəsə hansısa klassik ədəbiyyat oxumadığınızı, əsərdə bu günün insanlarının təsvir olunduğunu nəzərə alaraq oxumağınızı tövsiyyə edərdim.
Çünki bir az romantik, bəlkə bəzi məqamlarda dramatik reallıqlar bu günün insanının həyatındakılardır və əsərin əsas qəhrəmanları olan Culiya və atası Entoni də sizə çox tanış gələcək. Hər kəs əsərdə bir az özünü tapacaq. 


 Mark Levi bu günün Fransasında kifayət qədər məşhur yazıçılarındandır.  Bu əsərini isə 2008-ci ildə  qələmə alıb. Kitab onun yaradıcılığının erkən dövrünün məhsulu deyil. Bu əsərə kimi artıq o, 7-yə yaxın kitabın müəllifi idi. Yazıçının qələmi ilə tanış olmaq üçün məhz bu kitabı məsləhət görə bilərəm. Özüm də axtardıqlarıma əsasən məhz kitaba qərar verdim və qətiyyətlə deyə bilərəm ki, yazıçıyla tanış olmaq istəyirsinizsə və oxunaqlı bir əsər axtarışındasınızsa mütləq bu kitaba bir göz gəzdirin. 

Kitabın elə ilk səhifələrində fantastika kimi görünən hadisə mənə  (yəqin oxuyanda sizə də) həddən artıq gülməli gəldi və amma yenə də kitab özünü mənə oxutdurmağı bacardı. Siz də mütləq ardını oxuyun və sonda həmin hadisə də öz aydınlığını tapacaq. Və elə əsərin sonunda sizin də üzünüzdə mənim kimi xoş bir təbəssüm miras qoyacaq. 

Bəs siz dünyasını dəyişən hansı əzizinizlə bir neçə gün keçirmək şansınız olmasını istərdiniz və ona nələr deyərdiz? 

No comments:

Post a Comment