Thursday, 16 July 2015

Alber Camus : " La peste " (1947)

XIX əsrə qədər Osmanlı İmperiyasının tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransaya qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı. Ekzistensializmin (lat. exsistensia-varlıq) görkəmli nümayəndələrindən biri olan Alber Kamyu da elə o zamanlar Fransanın müstəmləkəsi olan Əlcəzairdə 1913-cü ildə anadan olmuşdur. Atası onun 1 yaşı olanda Birinci Dünya Müharibəsində həlak olmuş, anası evlərdə qulluqçuluq edərək körpəsinə baxmışdı.  

"İçimdeki insan" ( 2015 )


 Xəyayləylə çoxdandır ki, filmə getmirdik, seçim də çox az idi. İrfan Yalçın’ın “Fareyi Öldürmek” adlı  romanına əsaslanaraq çəkilən "İçimdeki İnsan"  filminə təsadüfən getdik. Mövzunun nə olduğunu belə bilmirdik. 
Nuri adlı jurnalist illər sonra atasından qalan torpağı satmaq üçün doğulduğu kəndə gəlir. Burda təsadüfən dostu Sabri ilə qarşılaşır. Sabri illərdir dövlət işində işləyir. Və bilinməyən bir səbəbdən işlədiyi yerdəki işçilərdən birinin başına dəmirdən olan əşyayla vurub öldürür. Sabrinin Nuriylə bağlı keçmişdə o qədər də yaxşı xatirələri yoxdu. 

Tuesday, 14 July 2015

Vaqif Mustafazadə - Ev muzeyi

 Nəhayətsiz Humanistlə getdiyimiz sonuncu ünvan Vaqif Mustafazadənin ev muzeyi oldu. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazdə 1940-cı il 16 mart tarixində Bakı şəhərində anadan olub. Vaqifin atası hərbi həkim olmasına baxmayaraq musiqini çox sevirdi. Anası Zivər xanım dahi Üzeyir bəyin tələbələrindən və ilk qadın pianoçulardan biri olmuşdur. 

Monday, 13 July 2015

Miniatür Kitab Muzeyi - 2 ( 30.06.15)


Arxeologiya və Etnoqrafiya muzeyindən çıxandan sonra Miniatür Kitab Muzeyinə üz tutduq. Bir xeyli axtardıqdan sonra Muzeyi tapdıq. Muzeyə bir qrup türkiyəli turistlə daxil olduq. Natalie xanımın həmin gün təzyiqi qalxdığı üçün bizə  kifayət qədər kobud davrandı. Təbii ki, haqsız idi. Tursitlərə izahat verdikdən sonra bizə əziyyət çəkib kitablar haqqında məlumat vermək istəməməsini  daha sakit tərzdə də deyə biıərdi. Nəinki bizim cavan olmağımız və bu muzeyə indi yox daha əvvəl gəlməli olduğumuz haqqında dərs verməyə çalışmamamlıydı. 

Sunday, 12 July 2015

Arxeologiya və Etnoqrafiya Muzeyi ( Çünki Nəhayətsiz Humanistə söz vermişdim ^_^ )

Blogumun daimi izləyiciləri ( İlahi, mən necə də təvazökaram  ^_^ ) mənim Miniatür Kitab Muzeyinə getdiyimi bilirlər. Dəqiq olaraq hansı gündə söz vermişdim onu xatırlamıram amma qrupyoldaşım Nəhayətsiz Humanisti yəni Məkkəni Miniatür Kitab Muzeyinə aparacağıma söz vermişdim. Mən ona Nəhayətsiz Humanist deyirəm, çünki dünyayla savaşmır, savaşsa da bu savaşlar çox qısa olur, yəni kainatla barışıq insandı.Olmağına dünyayla mənim qədər savaşmaq da normal bir şey deyil, o artıq ayrı məsələdi.