Thursday, 16 July 2015

Alber Camus : " La peste " (1947)

XIX əsrə qədər Osmanlı İmperiyasının tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransaya qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı. Ekzistensializmin (lat. exsistensia-varlıq) görkəmli nümayəndələrindən biri olan Alber Kamyu da elə o zamanlar Fransanın müstəmləkəsi olan Əlcəzairdə 1913-cü ildə anadan olmuşdur. Atası onun 1 yaşı olanda Birinci Dünya Müharibəsində həlak olmuş, anası evlərdə qulluqçuluq edərək körpəsinə baxmışdı.  



1936-cı ildə  Əlcəzair Universitetinin fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirmişdi. Yazıçı iki dəfə evlənmişdi. Birinci həyat yoldaşı Simone Hié morfin aludəçisi olduğundan  1934-cü ildə qurduğu ailəsi bir il sonra dağılmışdı. Daha sonra 1940-cı ildə pianoçu və riyaziyyatçı Francine Faure ilə ailə qurur və bu evlilikdən onun Catherine və Jean adlı ekiz  uşaqları dünyaya gəlir.  
Kamyu 1960-cı ildə Parisdən 120km aralıqda yerləşən Sensdəki kiçik  Villeblevin  şəhərindəki "Le Grand Fossard" adlı yerdə yaxın  dostu və naşir Michel Gallimard ilə  avtomobil qəzası keçirmiş və hər ikisi  həyatını itirmişdir. Paltosunun cibindən qatar bileti tapılmşdır. O, öz arvadı və uşaqları ilə birgə səyahət etməyi planlaşdırmışdısa da son məqamda öz fikrini dəyişmiş və dostu ilə avtomobildə getməyi qərara almışdı. 
Maraqlıdır ki, yazıçıdan ən absurd ölümün nə olduğunu soruşandan onlardan biri kimi avtomobil qəzasında ölməyi demişdi. 
47 illik qısa həyatına"Üsyankar insan", "Çöküş", "Kaliqula" , "Taun" , "Yad" kimi əsərləri sığdıra bilmişdi. 
"Taun" əsərində hadisələr Əlcəzairin Oran şəhərində baş verir. Əsəri o qədər axıcı və gözəl yazıb ki, bir anda özünüzü Oran şəhərinin sakini kimi hiss edə bilərsiz. Amma bu əsər bir çoxlarına görə İkinci Dünya Müharibəsi zamanı nasistlərin Fransanı işğalı və bu işğala qarşı olan mübarizənin təsviridir. Əsərdə məlum bir qəhrəman yoxdu. İstər həkim Bernar Ryö,  müstəntiq Oton, jurnalist Reyon  Ramber, keşiş Panelu, bələdiyyə xidmətçisi Jozef Qran,  Jan Taru istərsə də cənab Kottarın taleyi oxucuya maraq doğurur.  
Əsərdə ateizmin təbliği də aydın hiss olunur. 


Kitabdan seçdiklərim : 

... dəqiq olmayan mülahizələrelmdə də, həyatda da pis nəticələrlə sonuclanır.

İnsanın ən ağır vəziyyəti mənəvi hislərin əzablı ölüm qorxusuna üstün gəlməsidir. 

Deməli, bütün bir şəhəri dəhşətə gətirmiş bu xəstəlik ancaq xəstəlik qorxusu gətirməmişdi. O, həm də insanları xatirələrlə yaşamağa və daxili haqq hesab çəkməyə məcbur eləmişdi. Beləliklə,  xəstəlik fikri özündən yayındırır və yeni imkanlar arayırdı. 

Məlum məsələdir ki, tək getməyibmiş . " Səni sevirdim, amma daha təngə gəlmişəm... Elə bilmə ki, xoşbəxt həyat arxasınca qaçıram.  Yeni bir həyata başlamaq üçün xoşbəxt olmaq vacib deyil."

Sevgi daimi deyil.

 Dünyadakı bütün bədxahlıqlar nadanlıqdan yaranır. Elə xeyirxahlığın özü anlaşılmayanda pis nəticə verə bilər.  İnsan təbiətində xeyir şərdən güclüdür. Məsələ ondadır ki, adamlarda az, ya çox nadanlıq olur və əsl nadanlar özlərini çoxbilmiş sayırlar.  Hər cür bəla və bədxahlıqlar, insan öldürmək qərarı da nadanlıqdan doğur. Caninin qəlbi işıqsız və kor olur. Gözü həyat işığı və qəlbi nurla dolmamış bir adamdan nə xoş əməl, nə də əsl məhəbbət gözləmək olar. 

Onun özü də fikirləşirdi ki, doğurdan da, məhəbbətsiz bir həyat ölü həyata bənzəyir və belə ömrün elə bir anı çatır ki,  insan həbsxanalardan, işdən, hər şeydən bezir, nə vaxtsa sevdiyi bir şəxsi arzulamağa başlayır, ürəyi mehribanlıq həsrəti ilə yanır.










No comments:

Post a Comment