Monday, 23 July 2018

Parinoush Saniee - "The Book of Fate"

İran yazıçısı Pərnuş Səniinin ilk kitabı "Mənim payım" adlanır. 26 dilə tərcümə olunan bu kitab 2013-cü ildə "tərcümə olunmuş ən yaxşı 75 kitab"dan da biri olub. Üstəlik qadağan olunmuş kitablardan da biri olub. 

Hər insan həyatı yaşadığı təcrübələr əsasında öyrənir. Dərslər çıxararaq. Mənə görə birinin tövsiyyəsinə qulaq asmaqdansa kitabdan özüm üçün hansısa tövsiyyə götürmək və ya da dərs çıxarmaq daha məntiqli gəlir. Çünki orda nəticəsinin nə olduğunu bilirsən amma tövsiyyə edən insanlar ya vəziyyətin tamlıqla necə olduğunu bilmirlər, ya da tamlıqla məni tanımırlar. 


Kitab həddən artıq axıcıdır. Belə ki, mən bir gündə bitirdim və həqiqətən bir insan ömrümü bir gündə oxuyub bitirmək çox qeyri-adi duyğudur. Mənsumə bildiyim ən güclü qadın personajlarından biridir. Yaşamağa məhkum olduğu həyatdan ən düzgün formada istifadə edib o həyatın sərhədlərində arzularını reallaşdırmağa, həmçinin yaşamağa çalışan qürurlu, ağıllı, həm özünəməxsus, həm də adi bir 16 yaşlı qızın nənə olana qədərki həyatını izləmiş oluruq. 
Əsərin tamlıqla duyğular üzərində qurulmaması çox xoşuma gəldi. Siyasi məqamlar çox da aydınlaşdırılmasa da İran İslam inqilabının başqa tərəflərini özüm üçün açmış oldum. 

Yazıçının digər kitablarını mütləq oxumaq istəyərəm kimi düşünmürəm. Çünki digərlərinin mövzusu da məhz inqilabın və ya İran mühitinin insanların həyatına təsirindən bəhs edir amma bu kitabı hər kəsin oxumasını mütləq tövsiyyə edirəm. Xüsusilə qızlarımızın. Çünki hər nə qədər etiraf etməsək də çətin olsa da bizdə də oxşar problemlərlə üzləşən qızlar var. 

No comments:

Post a Comment