Monday, 6 August 2018

Dünyanın musiqi rəngləri (16.04.2018)

Bu dəfə sizə gecikmiş bir konsert haqqında ətraflı yazmaq istəyirəm. 
Mərakeş krallığının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində "Dünyanın musiqi rəngləri" layihəsi çərçivəsində iştirak etmişdi.  Mərakeş musiqisi haqqında heç bir anlayışım və təsəvvürüm yox idi, buna görə də afişanı görəndə mütləq getmək qərarına gəldim. Mənimlə gəldiyi üçün rəfiqəmə burdan təşəkkürlər. Əsasını əslində ərəb musiqi mədəniyyəti təşkil edir, lakin ərazi baxımından bu bir az dəyişə də bilir. 
Gnawa adlanan musiqi mədəniyyəti isə onun məhz şimal bölgəsinə aiddir və bu söz Qvineya və Qana adlarının birləşməsindən əmələ gəlib. Bu musiqi mədəniyyəti  özündə Afrikanın dini məntlərini və ritmlərini əks etdirir. Burada musiqi mütləq rəqslə müşayiət olunur. Əsas üç alət ifa olunur  və onların hər birinin simvolik mənası da var, belə ki, bu alətlərin hər üçün onların hara mənsub olduqlarını hər zaman xatırladır: Guembri, Krakebs və Tbal.
Guembri - 3 simli alətdir, taxtadan hazırlanır. Hazırlanışında dəvənin boğazından da istifadə olunur. Simləri isə keçinin bağırsağından hazırlanır. Qayıq formasındadır və bu alətin simvolik mənası da  onların Mərakeşə Afrikadan qayıqla gəlməsi ilə izah olunur. 
Krakeb metal alətdir. Fransız dilində kotay adlanır. Əvvəl kastanyetlərin daha böyük bir forması olduğunu düşündüm amma daha fərqlidir.  Əldə  ifa olunur və səsi çox güclüdür. Bu alət isə onların əsir olaraq ayaqlarına vurulan qandalları xatırladır. 
Tbal isə böyük barabandır. İki çubuqla ifa olunur. Onlardan biri qövsvari, digəri isə düz formadadır. Bu alət elə bir başa onlara Afrikanı xatırladır. 


Başa düşdüyüm qədərilə Qnava musiqi mədəniyyəti Mərakeşin milli musiqi mədəniyyətinin özünün ilkin versiyasını qoruyub saxlayır. Afrika qəbilələrinin musiqisini tam olaraq əks etdirir. Hansısa dini bir ritualın keçirilməsini canlandıran mədəniyyətdir. Həm ritm, həm də musiqi getdikcə inkişaf edən artan şkala üzrə davam edir və mənim üçün  həddən artıq səsli-küylü bir musiqi idi. Əlavə olaraq geyimlərində olan papaqlarda saçaq var idi və musiqinin ifası zamanı başlarını tərpədirdilər. Bunun hansısa bir izahının olub-olmaması mənim üçün ən qaranlıq məqamlardan biri oldu :) 
Hər halda mənim üçün maraqlı təcrübə idi. 
Youtube-da Gnawa musiqiçilərinin Led Zepllinlə ifasına mütləq qulaq asın. Maraqlıdır :) 

2 comments:

  1. Ferqli medeniyyet ve o medeniyyetlerin milli musiqileri menim de marağımı çekib hemişe. Hele bir de aletlere bele müxtelif simvolların yüklenmesi çox daha celbedici gelir:) Maraqlı ve melumatlandırıcı bir post olub. Teşekkürler❤

    ReplyDelete
    Replies
    1. Oxuduğunuz üçün mən minnətdaram. Aha dünya çox fərqli rənglərlə doludur. Oxuduğunuz üçün mən təşəkkür edirəm :)

      Delete