Wednesday, 29 January 2014

The Book Thief (Воровка книг) (2013)


      İkinci Dünya müharibəsi ilə baxdığım ilk filmlər çoxlarında olduğu kimi  "Семнадцать мгновений весны",  "The Pianist"  "Ликвидация",   "La vita è bella", "Диверсант" kimi filmlər olub.  Əminliklə deyə bilərəm ki, heç bir film «Семнадцать мгновений весны»  "The pianist" qədər  təsirli deyildi. Heç dünən baxdığım "The Book  Thief" də müharibəni mənim gözlədiyim kimi ifadə edə bilməmişdi.



     Dünən Xəyalənin sonuncu imtahan günü idi (28.01.2014) və biz imtahanların bitməsi şərəfinə hava soyuq olsa belə kinoteatra getdik.  Seçdiyimiz film təbii ki, gəlməsini səbirsizliklə gözlədiyimiz "The Book Thief" («Воровка книг»)  filmi oldu.  Bu film Markus Zusak-ın eyni adlı əsəri əsasında çəkilib. 1975-ci ildə 23 iyun tarixində Sidneydə anadan olan yazıçının 6 romanı var. Bunlardan elə ən məşhuru da "The Book Thief" (2006)  romanıdır.   

Tuesday, 28 January 2014

Murtuza Məşədi Rza oğlu Məmmədov - Bülbül (ev muzeyi)

     Muzeylərə getməyi sevirəm. Xüsusən də ev muzeylərinə. Bu bir növ zamanda səyahətə bənzəyir : yaşadığınız zamandan ayrılıb ev muzeyinə getmiş olduğunuz insanın zamanına səyahət. Maraqlı və nostalji hislər yaşayırsız. Bu gün bir telefonda bizim adi funksiya kimi  qəbul etdiyimiz həm diktafon, həm radionun  əvvəllər hər birinin çox böyük bir elektrotexnika aləti olduğunu görmək inanın mənə çox maraqlıdır. Fonovalik və radionu xüsusilə qeyd etməyimin səbəbi bu gün imtahandan sonra getdiyimiz ev muzeyində diqqətimi xüsusilə çəkən məhz  bu iki böyük əşya  idi. 

Sunday, 12 January 2014

Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini :Madama Butterfly (Çioçio-san)

   Məşhur italyan bəstəkarı, verizmin ən parlaq nümayəndələrindən biri olan Puççininin “Çioçio-san”  operası yapon geyşasının Amerika donanmasının leytnantına olan məhəbbətindən bəhs edir. Bu tamamilə müasir bir mövzuya yazılan operadır.Bəstəkar Yaponiyanı, onun ənənələrini səhnədə göstərir. Yəni çox orjinal, tamamilə Avropa opera səhnəsi üçün yeni olan süjetdir.