Muzeylərə getməyi sevirəm. Xüsusən də ev muzeylərinə. Bu bir növ zamanda səyahətə bənzəyir : yaşadığınız zamandan ayrılıb ev muzeyinə getmiş olduğunuz insanın zamanına səyahət. Maraqlı və nostalji hislər yaşayırsız. Bu gün bir telefonda bizim adi funksiya kimi qəbul etdiyimiz həm diktafon, həm radionun əvvəllər hər birinin çox böyük bir elektrotexnika aləti olduğunu görmək inanın mənə çox maraqlıdır. Fonovalik və radionu xüsusilə qeyd etməyimin səbəbi bu gün imtahandan sonra getdiyimiz ev muzeyində diqqətimi xüsusilə çəkən məhz bu iki böyük əşya idi.
Sonuncu imtahanımızı (27.01.2013 - Xarixi Musiqi tarixi ) verdikdən sonra planlaşdırdığımız kimi (Validə,Aysel və mən) Bülbülün Bakıdakı ev muzeyinə getdik. Muzey Rəssamlar İttifaqının binasında yerləşir. Daha doğrusu ev muzeyinə getmək üçün Rəssamlar İttifaqına daxil olduqdan sonra içəridəki dəmir bir qapı ilə binanın yaşayış bölməsinə daxil olmuş olursuz. Pilləkənləri çıxdıqdan sonra sizi iki ev muzeyi - həm Məmməd Səid Ordubadi həm də Bülbülün ev muzeyi qarşılayır. Cümləmdən də aydın olduğu kimi Məmməd Səid Ordubadi ilə Bülbül qonşu olublar.
Muzeyə daxil olanda sizi orda muzeyin gülərüz işçiləri qarşılayır. Təssüflər olsun ki, muzeyin yəni evin sadəcə koridorunda şəkil çəkməyə icazə verirlər. Otaqlardakı şəxsi əşyaları çəkməyə icazə yox idi. Muzeyə daxil olduqdan sonra ordakı işçilər sizə ətraflı məlumat verərək həm Bülbülün yaradıcılığı həm də muzeylə tanış edirlər. Əlimdə gördüyünüz muzeydən olan bookletdir.
Həmçinin ordan bizə kitab da verdilər.
Muzeyə daxil olduqdan sonra bizi muzeylə tanış edən qızın səsini diktafona yazdım və bu da onun biz muzeydə olarkən danışdıqlarının bir hissəsi :
Həmçinin ordan bizə kitab da verdilər.
Muzeyə daxil olduqdan sonra bizi muzeylə tanış edən qızın səsini diktafona yazdım və bu da onun biz muzeydə olarkən danışdıqlarının bir hissəsi :
"Sizi qarşılayan Bülbülün xoştəbəssümlü ölməz simasını göz önündə canladıran büst 1978-ci ildə heykəltaraş Aslan Rüstəmov tərəfindən yaradılmışdır. Muzeydə Bülbülün elmi-pedaqoji yaradıcılıq fəaliyyəti haqqında 8 mindən çox material və sənədlərin əsli toplanmışdır.
Muzey 1982-ci il iyun ayının 10-da açılmışdır.Muzeyin təntənəli açılışında Azərbaycan Kominist partiyası, mərkəzi komitənin 1-ci katibi Heydər Əliyev, Respublikanın partiya və hökümət rəhbərləri, SSRİ Böyük teatrının məşhur truppası iştirak etmişdir. 1983-cü il iyul ayının 29-da isə Bülbülün vətəni Şuşada onun ev muzeyinin təntənəli açılışı olmuşdur.
Oktyabrın 31-i 2012-ci ildə isə Bülbülün Bakıdakı heykəlinin açılışı olmuşdur. (Nizami küçəsinə getdiyiniz zaman sizi qarşılayan Bülbülün heykəlindən söhbət gedir.)
Evdəki bütün əşyalar onun sağlığında olduğu kimi saxlanılmışdır. Bülbülün yataq otağındakı mebellər Albaniyadan gətirilmişdir. Onlarda mismardan istifadə olunmayıb.
Fikrət Əmirovun dünyanı zəfər yürüyüşü ilə keçmiş "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları da məhz Bülbülün evindəki pianoda yazılmışdır. ( Onun evində həm royal həm də piano var idi. Piano ona hökümət tərəfindən bağışlanmışdı. )1926-cı ildə Moskvada Musiqi Elmləri İnstitutunun yaradılmasını eşidən Bülbül öz instrumental ansamblı ilə Azərbaycan musiqisini nümayiş etdirmək üçün Moskvaya yola düşür. 1932-ci ildə Musiqi kabinəsinin yaradılması da Bülbülün təşəbbüsü ilə olmuşdur.Bu Zaqafqaziyada ilk musiqi elmi tədqiqat kabineti idi. İndiki Elmlər Akademiyasının Memarlıq və İncənəsət institutunun nəzdində yaradılmışdır. Bülbül SSRİ İtaliya cəmiyyətinin üzvü olmuşdur. İki ölkə arasında dotluq əlaqələrinin inkişaf etdirilməsinə görə o, Harribaldi ulduzu ilə təltif olunmuşdur. Bu ulduz əsgərə parad zamanı generaldan qabaqda getmək hüququ verir. Ərəb respublikasının prezidenti Cəmal Ədbül Nasir "Sülh göyərçini" ni bağışlamışdı. 1937-ci ildən ömürünün sonuna kimi deputat olmuşdur. Evindəki saat ona tələbələri tərəfindən bağışlanmışdı. Və saat Bülbülün ürəyinin suduğu anı göstərir : Gecə ikiyə 20 dəqiqə işləmiş. O, vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə, vokal üzrə ilk azərbaycanlı professor, vokal üzrə ilk azərbaycanlı laureat olmuşdur. Lirik-dramatik tenora 1950-ci ildə Stalin mükafatı verilmişdir və o, bu mükafatı uşaq evinə bağışlamışdır. 1935-ci ildə SSRİ əməkdar artisti, 1938-c ildə isə SSRİ xalq artisti adı verilmişdir. 1937-ci ildə Üzeyir Hacıbəylinin "Koroğlu"operasında Koroğlu rolunda çıxış etmişdir. Bu opera sırf onun səsinə uyğun olaraq yazılmışdır. O, məhz bu rolda 400 dəfədən çox çıxış etmişdir. Müharibə zamanı Bülbül öz şəxsi ehtiyatından 200 min manat pulu yaralı döyüşçülərin ailəsinə ayırmışdı və buna görə də Stalin ona 2 təşəkkür teleqramı göndərmişdi.
1961-ci ilin sentyabrın 26-da Bülbülün döyünən ürəyi susdu.Bülbülün məzarüstü abidəsinin müəllifi Tokay Məmmədovdur.Dünya okenında hal-hazırda üzən Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılan "Dahi Bülbül" tankeri var."
Ekskursiya yazıçımız Mirzə İbrahimovun sözləri ilə sonlandı : " Sözün əsl mənasında Bülbül dahi və ölməzdir. Onun sönməz obrazını qranit monument kimi xalq öz ürəyində qoruyur.Bizim əziz Bülbülümüz sən bu gün də bizim aramızdasan. Harda ki, sənin adın çəkilir, üzlər təbəssümlə işıqlanır, gözlərdə qürur və sevinc şəfəqlənir."
1961-ci ilin sentyabrın 26-da Bülbülün döyünən ürəyi susdu.Bülbülün məzarüstü abidəsinin müəllifi Tokay Məmmədovdur.Dünya okenında hal-hazırda üzən Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılan "Dahi Bülbül" tankeri var."
Ekskursiya yazıçımız Mirzə İbrahimovun sözləri ilə sonlandı : " Sözün əsl mənasında Bülbül dahi və ölməzdir. Onun sönməz obrazını qranit monument kimi xalq öz ürəyində qoruyur.Bizim əziz Bülbülümüz sən bu gün də bizim aramızdasan. Harda ki, sənin adın çəkilir, üzlər təbəssümlə işıqlanır, gözlərdə qürur və sevinc şəfəqlənir."
Təssüf ki, internetdə nə qədər axtarsam da ayrıca olaraq muzeydəki radionun şəklini tapa bilmədim. Yalnız bunu tapa bildim. Fortepianonun sağ tərəfindəki əşya radio,sol tərəfdəki isə fonovalikdir.
Məlumdur ki, Bülbül Cabbar Qaryağdıoğlunun ifasını fonavaliklərə yazıb onları "50 Azərbaycan xalq mahnısı" məcmuəsi ilə çap etdirib. Bu da həmin proses zamanı çəkilmiş fotodur.
P.S.Yorğun olduğumuz üçün Məmməd Səid Ordubadinin ev muzeyinə baxmadıq. Amma söz verirəm ora da gedecəm :)
Muzeyi gəzdikdən sonra ürək sözlərinizi sonda sizə veriləcək dəftərə yazmağı unutmayın.


No comments:
Post a Comment