
İkinci Dünya müharibəsi ilə baxdığım ilk filmlər çoxlarında olduğu kimi "Семнадцать мгновений весны", "The Pianist" "Ликвидация", "La vita è bella", "Диверсант" kimi filmlər olub. Əminliklə deyə bilərəm ki, heç bir film «Семнадцать мгновений весны» və "The pianist" qədər təsirli deyildi. Heç dünən baxdığım "The Book Thief" də müharibəni mənim gözlədiyim kimi ifadə edə bilməmişdi.
Dünən Xəyalənin sonuncu imtahan günü idi (28.01.2014) və biz imtahanların bitməsi şərəfinə hava soyuq olsa belə kinoteatra getdik. Seçdiyimiz film təbii ki, gəlməsini səbirsizliklə gözlədiyimiz "The Book Thief" («Воровка книг») filmi oldu. Bu film Markus Zusak-ın eyni adlı əsəri əsasında çəkilib. 1975-ci ildə 23 iyun tarixində Sidneydə anadan olan yazıçının 6 romanı var. Bunlardan elə ən məşhuru da "The Book Thief" (2006) romanıdır.
Kitabı oxumamışam. O haqda ona görə heç nə deyə bilməyəcəm.
Amma kitab haqqında internetdə apardığım araşdırmalara əsaslansam məncə film kitabı tamlıqla ifadə edə bilməyib.
Filmin rejissoru : Brian Percival -dır. Baş rollarda Sophie Nélisse, mənim "The King Speech" filminə baxdıqdan sonra çox sevdiyim aktyorlardan biri olan Geoffrey Rush ( deyərdim filmi maraqlı edən də məhz bu aktyor idi) və Emily Watson-dur. Film ölümün diliylə izah edilir. Kitabın üz tərəfində də məhz bizim dillə desək əzrayılla əl-ələ verən kiçik qız (Liesel Meminger) təsvir olunub. Ana obrazını (Rosa) isə həddindən artıq çox sevdim. Qəddar görünsə də daxilən zəif bir qəhrəman kimi qələmə verilən Rosa Emily Watson-a yaraşan bir obraz idi.
Film vasitəsilə heç mənim bilmədiyim Хрустальная ночь (нем. (Reichs-)Kristallnacht) - adı ilə tarixə düşən hadisənin şahidi oldm.Bu hadisə sındırılan vitrin şüşələrinin adı ilə belə adlanır.1938-ci ilin 9-10 noyabr tarixlərində bütün Almaniya və Avstriyanın müəyyən hissəsində yəhudilərə qarşı keçirilib.
"The Book Thief" - i kədərin içində kiçik xoşbəxtliklərin olması ilə xatırlayacam.
Bundan əlavə olaraq filmdə ata yəni Hans Hubermann -nın əlində tez-tez görəcəyiniz kiçik accordion alətində məşhur klassik musiqi nümunələri də səslənir. Xatırladıqlarım isə J.Straussun valsları idi .Biri "The Blue Danube" və
digəri isə "Walzer à la Paganini" adlanır.
Rosa və Hans obrazını bəlkə də çox aydın izah edən diqloqlar :
Rosa Hubermann: From now on, you call me mama, ya ? And that lazy pig over there, you call him papa. :D
No comments:
Post a Comment