Saturday, 1 February 2014

Lettres à l'inconnue - André Maurois

     Bir müddət bundan əvvəl oxumağa başladığım amma imtahanlarla bağlı  yarımçıq saxlamaq məcburiyytində olduğum kitabı bu gün bitirdim. Və beləliklə.... 
    Milliyətcə yəhudi olan və 1885-ci ildə  Fransada, Ruan yaxınlığındakı  Эльбёф (фр. Elbeuf ) şəhərciyində doğulan məşhur yazıçı Emil Salomon Vilhelm Herzoqun (Émile-Salomon-Wilhelm Herzog) əsərlərini qələmə aldığı təxəllüsü -  André Maurois ( Andre Morua) - dır.  Birinci dünya müharibəsi illərində hərbi tərcüməçi və rabitə zabiti kimi xidmət göstərən Marua ilk romanını -   "Les Silences du Colonel Bramble" ( Susqun polkovnik Brambl) - 1918-ci ildə nəşr etdirmiş və bu roman müəllifə böyük şöhrət qazandırmışdır.

İkinci dünya müharibəsində  isə fransız ordusunda kapitan kimi xidmət göstərmiş, alman qoşunları Parisi işğal etdikdən sonra ABŞ-a mühacirət edərək Kanzas universitetində çalışmışdır. Həmin dövrdə topladığı zəngin materiallar arasında Friderik Şopen ( 1942), general Eyzenhauer (1945), Franklin (1945) və Vaşinqton (1946) haqqında bir-birindən maraqlı müxtəlif səpkili işlərini qələmə almışdır.

   P.S. Əgər təsadüfən Frederik Şopen haqqında yazdığı kitab 
qarşınıza çıxsa  bir zəhmət xəbər edin. O kitabı almağı çox istəyirəm :)


 İlk evliliyini  İsveçrədə böyüyüb Oksfordda təhsil almış polyak əsilli rus qızı -  Jeanne-Marie (Janine) Wanda de Szymkiewicz (1892-1924) -la etmişdi.

İkinci dəfə isə 1924-cü ildə Paris'de Jeanne Simone de Caillavet  ilə evlənir.

1947-ci il 27 iyun tarixində yazıçının adı rəsmi olaraq Andre Marua olaraq dəyişdirilir.
1949-cu ildə Cənubi Amerikada səyahətdə olarkən Maria de las Dolores Checa Garcia y Rivera adlı xanıma aşiq olsa da onların bu münasibətləri sadəcə 20 gün ərzində davam edir. Yazıçı 1967-ci ildə 82 yaşında rəhmətə gedir.

Yazıçının həyatı haqqında daha geniş məlumatı bu linkdən əldə edə bilərsiz.

    "Yad qadına məktublar" adlı əsəri yazıçını açıq məktublar şəklində  oxucuya  təqdim etdiyi tövsiyyələridir.

    Məncə qızların xüsusilə oxumalı olduqları bir kitabdır :))) Hətta şiddətlə tövsiyyə edirəm.
Kitabda etdiyim qeydlərimin çox olmasına baxmayaraq burda hamısını yazmaq fikrində deyiləm. Çünki seçdiyim cümlələr orda yazılan fikrin sadəcə müəyyən hissəsini əks etdirir və ola bilsin ki, siz bu cümlələrdən tamam fərqli düşüncələr fikirləşəsiz. Amma yazıçı çox maraqlı şəkildə hər şeyi o qədər aydın izah edir ki, oxuduğunuz zaman təəccüb içində qalmamaq mümkün deyil. 
Təkidlə bütün qızların  bu kitabı oxumalı olduğunu düşündüyüm üçün kitaba dair sirləri saxlamaq istəyirəm ki, özünüz oxuyasız.

 Kitabdan seçdiklərimin müəyyən hissəsi :

1. Siz də heç zaman kişiləri darıxmazsınız - əgər özü barəsində danışmağını xahiş etsəniz.


2.Hər cür haqlı irad adama toxunur.

3.Zərif və mülayim qadınlar xoşbəxtdirlər, belələrini daha çox sevəcəklər.


4.Təcavüzkar və hər şeydən narazı qadın kişini tez bezdirir; ancaq tələbkar olmayan, hər şeyə sadəlövhcəsinə heyran qalan qadın da kişi üzərində hökmranlığını uzun müddət saxlaya bilməz. Ziddiyyət? Əlbəttə. İnsan təzadlardan hörülüb.


5. ....əvvəlcə şirnikdirib cəzb edəsən, sonra da rədd edib uzaqlaşdırasan; təxminən bu cür ki, sanki nəyisə hədiyyə edir, ancaq dərhal da onu geri alırsan. Bu oyun inanılmaz, heyrətamiz nəticələr verir; hətta qabaqcadan xəbərin olsa da, yenə bu tələlərə düşürsən. 

6.Qadın passiv varlıqdır. O, zərif etiraflar gözləyir.... Ya da qəlbə toxunan sözlər. Təşəbbüs ondan gəlməli deyil ki...


7. ...amma hər necə olsa, yaşamaq lazımdır axı.


8. ...qızın öyrənməkdən, oğlanın isə öyrətməkdən xoşu gəlir.


9.Sənət sonsuzdur, ömür qısa.

10.Uyğunsuzluq - iki insanın heç cür razılığa gələ bilmədiyi və deməli birlikdə yaşamağı

bacarmadıqları bir vəziyyətə gətirib çıxaran xarakter və temperament ziddiyyətidir.

11. ... sakitlik bizə öz sirli düşünclərimizin əks-sədasını qaytaran gözəgörünməz divardır. 

12. ... məhəbbətdə faciə yoxdur. Faciə yalnız sevginin yoxluğunda gizlənib. 

13. Sən ərin üçün sir olmaqdan çıxsan, onda bu sirri başqa yerdə axtaracaqsan. 

14. Mən öz qarşıma taledən daha çox özümü dəf etməyə çalışmaq qaydasını məqsəd qoymuşam və heç də dünyanın nizamını deyil, öz şəxsi cəhdlərimi dəyişdirmək istəyirəm.

15. Günah heç də qadının sevmədiyi adamdan sevmədiyi adamdan sevdiyi adamın üstünə getməsində deyil,sevmədiyi adamla (hətta bu, əri olsa belə) yaşadığı həyatdadır. 
P.S. Ümumiyyətlə həyatınızdan sevmədiyiz insanları çıxarın, bu özəl biri olmaya da bilər, ümumiyyətlə inanın onlarla yaşamaq həyatı cəhənnəmə çevirir.

16.Bir çox uğursuz talelərin səbəbi -düzgün olmayan tərbiyədir.

17.Qumarbazın, yaxud bədxərcin borclarını ödəməklə xeyirxah adam yalnız var-yoxdan çıxa bilər, amma xilas etməyə çalışdığı israfçılara əsla kömək edə bilməz. Sevmədən və yalnız yazığı gəldiyi üçün evlənən adam həm özünü, həm də ömür-gün yoldaşını bədbəxtliyə məhkum edir. 


P.S.Bu cümləni oxuyanda ni axtarıram (film, 1981), Bağışla (film, 1983) , Səndən xəbərsiz (film, 1985) adlı televiziya tamaşaları yadıma düşdü. Gülnar(Firəngiz Mütəllimova) və Elçini(Yaşar Nuri) eşitməmiş olmarsız. Ya da eşitməmisinizsə mütləq baxın =)

18.Bəşəriyyəti müharibə ilə təhdid edən hərəkəti cavabsız qoymaq və bu davranışa dözmək heç də sülhə xidmət etmək demək deyil.

19.İfrat dərəcədə nəzakətli olmaqdan çəkinin.

20.Qadınların ilahi gücü-onların yoxluğunda,göz qabağında olmamasındadır.

21.Həyat-mübarizədir və bu mübarizəyə uşaqlıqdan hazırlaşmaq lazımdır.

22.Bütün sevgi məktubları onların ünvanlandığı kişilərin və qadınların gözündə gözəldir. Sevgi məktublarının üslubu -sevdiyin həmin adamdır (həmin kişi, yaxud həmin qadındır).


Sağ tərəfdəki şəkildə yazılan Kreyser sonatası Bethovenin  Skripkayla piano üçün yazmış olduğu 9 No li sonatasıdır. 


Do minor (c moll) simfoniyası onun 5 No li simfoniyasıdır.




 "Sevinc odası" adlandırılan mövzu Bethovenin 9 No li simfoniyasında vokal-instrumental hissə daxil edərək ilk dəfə simfonik musiqidə etdiyi yeniliklərə aiddir. "Sevinc odası" Şillerindir. Aşağıdakı həmin mövzudur : 






P.S.Əsərdə bir çox məşhurlarla bağlı maraqlı faktlar da öyrənəcəksiz =)







No comments:

Post a Comment