Əgər bu yazımı oxumusuzsa onda deməli Məmməd Səid Ordubadi ilə Bülbülün qonşu olduğunu bilirsiz. Və söz verdiyim kimi Məmməd Səid Ordubadinin ev muzeyinə də getdim. Təəssüflər olsun ki, bu muzeydə də şəkil çəkməyə icazə vermədilər. Bilməyənlər üçün qeyd edim ki,buna səbəb şəkil çəkən istənilən mexanizmin muzeydəki əşyalara zərər verməsidir.
İçəri daxil oluqdan sonra məni muzeylə tanış edən qızın dediklərindən :
Muzeyin fondunda 2000 - ə yaxın eksponat toplanmışdır. Onlardan 300–ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda, məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələmə aldığı yazı masası, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanmışdır. Otağın görünüşü, ədibin həyatının son dəqiələrində olduğui kimi qorunub saxlanmışdır.

Məmməd Səid Ordubadi bu evində 1938-ci ildən ömrünün sonuna yəni 1950-ci il mayın 1-nə kimi kimi yaşayıb yaratmışdır. Evdəki yağlı boya ilə çəkilən ədibin portretinin müəllifi Altay Hacıyevdir. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" kimi əsərlərini məhz bu evdə yaşayarkən qələmə almışdır. Ədibin həyat yoldaşı Tasya Vasilyevna (milliyətcə rusdur) olub. Qardaşının adı Rza,
bacısının adı isə Həcər olub. Oğlu Maqsud çox təssüflər olsun ki, 30 yaşlarında
vəfat edib.
Yəni ədibin nəslini davam etdirən heç kim yoxdur. Orubadişünas alimimz
Tofiq Rüstəmdur. İkiotaqlı evin ikinci otağı yataq otağı olmasına baxayaraq
əşyalar qalmadığına görə həmin otağı ekspozisiya otağı kimi istifadə edirlər.
Bu otaq M. S. Ordubadinin bütün yaradıcılığını əks etdirir. Burada ədibin
XX əsrin əvvələrindən bəri nəşr edilmiş kitabları, əlyazmaları, işələdiyi qəzet
və jurnalların nümunələri nümayiş etdirilir.
Ordubadi İran inqilabnda iştirakına görə və çarizm əleyhinə qarşı olan fikirlərinə
görə onu həbs edib Saritsin şəhərinə sürgünə göndərirlər. 1914-1917-cu illər ədibin həyatında sürgün illəridir. Bu illərdə vərəm xəstəliyinə tutulur və həyat yoldaşı ilə də həmin illərdə tanış olur. Belə ki,həyat yoldaşı tibb bacısı olmuş və Ordubadi xəstə ikən ona baxmışdır. Hətta onların həmin illərdə bir qızları da dünyaya gəlir amma həmin qız da həlak olur. Oğlu Maqsud isə Bakıda dünyaya gəlmişdir.

Ordubadinin digər ev muzeyi Naxçıvandadır. Ordubadinin büstü Azərbaycan Beynəlxalq universitetinin həyətində yerləşir.
Ədib "Dumanlı Təbriz" əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilк gözəl nümünəsini yaratmışdır.
Ədib "Dumanlı Təbriz" əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilк gözəl nümünəsini yaratmışdır.
Evdəki Berger markalı pianoda ədibin sözlərinə bəstələnmiş "Gülərəm gülsən" adlı mahnı açıq şəkildə qoyulmuşdu. Musiqiyə aşağıdakı videodan qulaq asa bilərsiz. Musiqinin müəllifi isə Firkət Əmirovdur.
Məmməd Səid Ordubadinin qəbri 1-ci Fəxri Xiyabanda yerləşir. Ədib 1 may 1950-ci ildə günorta saat 2-nin yarısında vəfat edib. Yəni evdəki saat Ordubadinin ölümündən sonra hər zaman 2-nin yarısını göstərir.
P.S.Bu linkdəki videodan mənim dünən (17.02.2014) olduğum muzeyin təmir-bərpa işlərindən sonrakı açılışından olan görüntülərdir.Düzü videonun keyfiyyəti çox aşağıdır amma çəkə bilmədiyim rəsimlərin çoxusu videonun sonuna yerləşdirilib.
No comments:
Post a Comment