Hər il Baku Jazz Festivalı olanda mütləq festival çərçivəsində keçirilən konsertlərdən birinə gedirəm. Bu il ən sonuncu konsertə getmək qismət oldu. Kamerunlu şokolad qız olan Ntjam Rosie Bakıya ilk dəfə idi ki, gəlirdi. Yeni albomu üstəlik ana olması və davamlı olaraq konsertlərdə çıxış etdiyindn bəhs edən şokolad qızın səsini bir o qədər bəyənməsəm də auditoriyanı ələ ala bilmə bacarığı var idi. Amma orkestr həqiqətən yaxşı ifa edirdi.
Sunday, 13 December 2015
“Fusion Doll-2015” – III Beynəlxalq Kukla Biennalesi
Hər necə vaxt tapdığımı sözün mütləq mənasında bilmirəm. Düzü bəzən tapa da bilmirəm. Getmək istəyib gedə bilmədiyim tədbirlər də olur.
Hər halda həyatımın ən qaçhaqaçlı günlərində biri idi Noyabrın 5-i. Səhər tezdən dərsdə olan mən axşam hazırlıqdan sonra da Aysellə Sərgiyə getmişdim.
I'm Not Getting Older I'm Getting Better :)!
Böyüdükcə düşünürdüm ki, doğum günüm öz əhəmiyyətini itirəcək. Amma elə deyilmiş. İnsan böyüdükcə ad günü daha da əhəmiyyət qazanırmış. Bu gün 23 yaşım tamam oldu. Dünyaya , həyata baxışlarım dəyişib, amma ürəyimdəki uşaqlıq çalışıram dəyişməsin. Xoşbəxt idim.
Tuesday, 17 November 2015
Maestro Rauf Abdullayevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş Təntənəli Yubiley Gecəsi (09.10.2015)
«Для меня написать симфонию значит – всеми средствами существующей музыкальной техники построить мир.» – bu fikrin müəllifi olan Mahlerin simfoniyasını Filarmoniyanın səhnəsində səslənməsinin şahidi olmaq həqiqətən çox gözəl duyğu idi.
VII Uzeyir Hajibeyli International Music Festival (23.09.2015)
Bu konsertə Nəhayətsiz Humanistlə son məqama qədər getməyi dəqiqləşdirməmişdik. Həmin günü Opera və Balet teatrında, Filarmoniyada, Kamera və Orqan Musiqi zalında və Muğam Mərkəzində konsert var idi. Əslində Festivalın proqramına ilk gün baxanda "Manon Leska" operasına getməyi istəmişdim amma konsert ifası olduğu üçün sonradan fikrimdən daşınmışdım. Ən nəhayətində həmin günü Nəhayətsiz Humanistlə Muğam Mərkəzində Estoniyadan gələn pianoçu Tanel Joametsin konsertinə getməyi qərara aldıq.
Thursday, 29 October 2015
VII Uzeyir Hajibeyli International Music Festival (18.09.2015)
Bu il də ənənəvi olaraq dərs ilimizi festivalla açdıq. Bu festival əslində bizim üçün bayramdı, Uzun müddətli yay tətilində dinlədiyimiz əsərlərdən sonra canlı olaraq musiqi eşitmək bayram təəssüratı bağışlayır. Həm də axı bu festival Üzeyir Hacıbəyovun ad günü ilə bağlıdı.
VII Uzeyir Hajibeyli International Music Festival (19.09.2015)
VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertlərdən biri də sentyabrın 19-da bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının Böyük Zalında oldu. “Rusiya Saksofon Kvarteti” nin ifasında zaldakılar istər klassik, istərsə də müasir dövr bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramını böyük zövqlə dinlədilər.
Saturday, 17 October 2015
Minions (2015) - Despicable Me Prequel
Minion sözünün mənası çox maraqlıdır ki, hərfi tərcümədə sevimli olmasına baxmayaraq digər mənada isə qul deməkdir. Əlsində heç planımda yox idi amma uzun müddətdir doyunca gülmədiyim üçün xalamqızı ilə bu 3D cizgi filminə getmək istədim. Düzünü deyim bu Minionların 3-cü seriasıdır və bundan əvvəlkilərə baxmamışdım.
Friday, 4 September 2015
Albert Camus : "L'Étranger" (1942)
"Bu gün anam ölüb. Bəlkə, dünən olub bu, xəbərim yoxdur?" - Bu məşhur cümlənin yəqinki Alber Kamünün "Yad" adlı romanının ilk cümləsi olduğunu bilməyəniniz yoxdur .
Hadisələr elə baş qəhrəman Mersonun dilindən nəql olunan romanda baş qəhrəman Merso qısa zaman ərzində bir cinayətkara çevrilir. Nəinki ətrafda baş verən hadisələrə hətta özünə belə özgələşən Merso, sonunun necə olacağını bilsə belə kifayət qədər soyuqqanlı davranır. Əsər boyu bunu çox aydın şəkildə hiss eləmək mümkündür.
Thursday, 16 July 2015
Alber Camus : " La peste " (1947)
XIX əsrə qədər Osmanlı İmperiyasının tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransaya qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı. Ekzistensializmin (lat. exsistensia-varlıq) görkəmli nümayəndələrindən biri olan Alber Kamyu da elə o zamanlar Fransanın müstəmləkəsi olan Əlcəzairdə 1913-cü ildə anadan olmuşdur. Atası onun 1 yaşı olanda Birinci Dünya Müharibəsində həlak olmuş, anası evlərdə qulluqçuluq edərək körpəsinə baxmışdı.
"İçimdeki insan" ( 2015 )
Xəyayləylə çoxdandır ki, filmə getmirdik, seçim də çox az idi. İrfan Yalçın’ın “Fareyi Öldürmek” adlı romanına əsaslanaraq çəkilən "İçimdeki İnsan" filminə təsadüfən getdik. Mövzunun nə olduğunu belə bilmirdik.
Nuri adlı jurnalist illər sonra atasından qalan torpağı satmaq üçün doğulduğu kəndə gəlir. Burda təsadüfən dostu Sabri ilə qarşılaşır. Sabri illərdir dövlət işində işləyir. Və bilinməyən bir səbəbdən işlədiyi yerdəki işçilərdən birinin başına dəmirdən olan əşyayla vurub öldürür. Sabrinin Nuriylə bağlı keçmişdə o qədər də yaxşı xatirələri yoxdu.
Tuesday, 14 July 2015
Vaqif Mustafazadə - Ev muzeyi
Nəhayətsiz Humanistlə getdiyimiz sonuncu ünvan Vaqif Mustafazadənin ev muzeyi oldu. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazdə 1940-cı il 16 mart tarixində Bakı şəhərində anadan olub. Vaqifin atası hərbi həkim olmasına baxmayaraq musiqini çox sevirdi. Anası Zivər xanım dahi Üzeyir bəyin tələbələrindən və ilk qadın pianoçulardan biri olmuşdur.
Monday, 13 July 2015
Miniatür Kitab Muzeyi - 2 ( 30.06.15)
Arxeologiya və Etnoqrafiya muzeyindən çıxandan sonra Miniatür Kitab Muzeyinə üz tutduq. Bir xeyli axtardıqdan sonra Muzeyi tapdıq. Muzeyə bir qrup türkiyəli turistlə daxil olduq. Natalie xanımın həmin gün təzyiqi qalxdığı üçün bizə kifayət qədər kobud davrandı. Təbii ki, haqsız idi. Tursitlərə izahat verdikdən sonra bizə əziyyət çəkib kitablar haqqında məlumat vermək istəməməsini daha sakit tərzdə də deyə biıərdi. Nəinki bizim cavan olmağımız və bu muzeyə indi yox daha əvvəl gəlməli olduğumuz haqqında dərs verməyə çalışmamamlıydı.
Sunday, 12 July 2015
Arxeologiya və Etnoqrafiya Muzeyi ( Çünki Nəhayətsiz Humanistə söz vermişdim ^_^ )
Blogumun daimi izləyiciləri ( İlahi, mən necə də təvazökaram ^_^ ) mənim Miniatür Kitab Muzeyinə getdiyimi bilirlər. Dəqiq olaraq hansı gündə söz vermişdim onu xatırlamıram amma qrupyoldaşım Nəhayətsiz Humanisti yəni Məkkəni Miniatür Kitab Muzeyinə aparacağıma söz vermişdim. Mən ona Nəhayətsiz Humanist deyirəm, çünki dünyayla savaşmır, savaşsa da bu savaşlar çox qısa olur, yəni kainatla barışıq insandı.Olmağına dünyayla mənim qədər savaşmaq da normal bir şey deyil, o artıq ayrı məsələdi.
Sunday, 21 June 2015
Francoise Sagan : "La Laisse" (1989)
“The one thing I regret is that I will never have time to read all the books I want to read.” -
"Təssüf etdiyim yeganə şey oxumaq istədiyim bütün kitabları oxuyacaq qədər heç vaxt zamanımın olmayacağıdır".
- Bu sözlərin müəllifi 18 yaşında qələmə aldığı "Salam Kədər" (Bonjour Tristesse) adlı ilk romanı ilə dünya şöhrəti qazanan fransız yazıçısı Fransuaza Saqandır.
Saturday, 20 June 2015
Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( 24.04.2014 )
Və nəhayət festivalın bağlanışı. Bağlanışa dördümüz də getmişdik. Validəylə mən bərabər getdik, Məkkə və Aysel ilə orda görüşdük. Əvvəlcədən deyim ki, bağlanış həqiqətən möhtəşəm idi.
Həm proqram gözəl seçilmişdi, həm də ifaya söz ola bilməzdi.
| Beat FURRER (*1954) | Enigma, for chorus a cappella |
| Bo NILSSON (*1937) | Brief an Gösta Oswald |
Saturday, 23 May 2015
Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( Gənc tamaşaçılar teatrı - 23.04.2014 )
Nəhayət həmin günün axşamı.
Burdan resume edərək 23 apreldən əvvəlki günün axşamına qayıtmaq istəyirəm. Hövsələniz çatıb sona kimi oxusanız hər şey aydın olacaq.
Concert by Students from Baku Music Academy and Bergen University Grieg Academy" (23.04.2015)

Ayselin məni qoyub getdiyi muzey mərkəzində artıq donmaqla donmamaq arasında qalmadığım , əməlli donduğum Muzey Mərkəzindən mühazirə bitdikdən sonra qaçaraq çıxdım və oxuduğum təhsil ocağına yəni Bakı Musiqi Akademiyasına doğru yol aldım. Qeyd edim ki, mühazirə hardasa saat 13:30 radələrində bitmişdi. Universitetə doğru yol alaraq getdiyim həmin günü iştirak edəcəyim ikinci tədbir idi.
Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( Muzey Mərkəzi - 23.04.2014 )
"İnsan üşüyəcəyini bilə-bilə niyə eyni yerə ikinci dəfə yenə gedər? " sualına cavab tapa bilməyənlərin bariz nümunələriyik. Yenə də səhər tezdən oyanan və həmin festival çərçivəsində səhər tezdən Sahil metrosunda Aysellə görüşüb mühazirəyə gedəcək olan mən.
Friday, 22 May 2015
Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( Organ And Chamber Music Hall - 21.04.2014 )
Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( Muzey Mərkəzi - 21.04.2014 )
Festival çərçivəsində Muzey mərkəzində mühazirələr də keçirilirdi. Müasir bəstəkarların yaradıcılıqları ilə bağlı olan bu mühaziələrdən biri də elə festivalın ikinci günü baş tutdu. Həftənin ikinci günü.
Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( Açılış - 20.04.2014 )
Yaşadığım ən maraqlı xatirələrdən biri də bu festival çərçivəsində baş verənlər idi. Çox gərgin dərs rejimimiz olmasına baxmayaraq çatdırıb necə festivala getdik hələ də xatırlayanda gülümsəyirəm. Festivalın açılışı Filarmoniyada baş tutdu. Aprelin 20-də, həftənin birinci günüdə. Bizim yenə təhlil üçün kitabxanaya gedib dərs oxuduğumiz günlərdən biri idi. VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı (17.05.2015)
Bu il ənənvi olaraq keçirilən festivallardan daha biri də yenə şəhərimizdə baş tutdu : Rostropoviç Festivalı. Bu il 8-cisi keçirilir. Hələ də davam. Amma çox təssüflər olsun ki, hamısına getmək qismət olmadı.
Au revoir Bakou!!!
3-cü kursun çətinliyi azmış kimi Avropa Oyunlarına görə tələbənin normadan artıq dərs oxumaqla bərabər həyatdan tədric olunmasına vadar edən dəhşətli semestri bitirdiyimə görə xoşbəxtliyimin sərhədləri dünyanın orbitini çoxdan keçib :))))
Saturday, 9 May 2015
Arslan Novrasli and his group (14.03.2015)
IV Beynəlxalq “Muğam dünyası” festivalı çərçivəsində martın 14-də Bakı Caz Mərkəzində bir çox müsabiqələrin laureatı Arslan Növrəslinin və onun qrupunun konserti oldu
.
Konsertdə musiqiçilərin ifasında populyar kompozisiyalar səsləndirildi. Arslan Növrəslinin və onun qrupunun çıxışı böyük maraqla qarşılandı.
.
Konsertdə musiqiçilərin ifasında populyar kompozisiyalar səsləndirildi. Arslan Növrəslinin və onun qrupunun çıxışı böyük maraqla qarşılandı.
Orqan musiqisi konserti (14.03.2015)
IV Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında orqan musiqisi konserti olub.
Konsert Rasimə Babayevanın ifasında (orqan) Nazim Əliverdibəyovun “Bayatı Şiraz”ı ilə başlanıb.
Firəngiz Əlizadənin müəllif konserti (27.02.2015)
Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirilib.
Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Tuesday, 28 April 2015
Qəndil xalanın hekayəti
Aprelin 23-də bacım bizdə olanda özünə dair ədəbiyyat kitablarını axtarırdı. Təsadüfən əlinə "Qəndil xalanın hekayəti" adlı kitab keçdi. Mənə gətirib : "Maraqlı hekayədi, yayda mütləq oxuyarsan. Müəllif Şəhla müəllimənin atasıdı"- dedi. O, kitab əslində mənim də əlimə dəfələrlə keçmişdi. Amma müəllifin Şəhla müəllimənin atası olduğunu bilmirdim. Yazı sotulumun üzərinə qoydum ki, mütləq gözümün qarşısında olsun,yayda rayona gedəndə özümlə aparmaq yadımdan çıxmasın.
Monday, 13 April 2015
"Muğam aləmi" - IV Beynəlxalq Muğam Festivalı ( 12.03.2015 - Rast - Flamenko )
Bu il 4-cüsü baş tutan Beynəxalq Muğam Feestivalı mart ayının 11-dən 18-nə kimi olan tarixlərdə keçirilirdi. Bu festivalda Azərbaycan muğamı ilə yanaşı müxtəlif xalqların Şifahi ənənəli professional musiqisi olan muğamları və ya özlərinə xas bu növ janrlı kompozisiyaları təqdim olundu. Martın 22-də Beynəlxalq Muğam Mərkəzində bizim Rast və Ərəb-İspan musiqi mədəniyyətinin sintezindən yaranmış Flamenkonu izlədim. Schubert, Mahler, Brahms (20.02.2015)
"Əsli və Kərəm" operası
Mart ayının 17-də
yəni Novruzun sonuncu çərşənbəsində
mən bu operanı izlədim. Həmin
günü səhər
saat 10-dan Axundov kitabxanasında dərs
oxudum və onsuz daha gec idi deyə operaya getdim. Yaxşı ki, də getdim. Heyif ki, həmin opera universitet proqramlarında
yoxdu və keçirilmir. Əsası "Əsli və
Kərəm"
dastanına dayaqlanan operada Üzeyir Hacıbəyli yenə də
təbii ki, muğamlardan eyni zamanda xalq
mahnı və rəqslərindən
istifadə etmişdir.
Saturday, 28 February 2015
Pietro Mascagni: "Cavalleria rusticana"
Libretto :
"KƏND NAMUSU"
Zaman: 1880-ci ilin bazar günü səhəri
Kəndlilər kənd meydanından keçərək kilsəyə gedirlər. Santutsa da onların içərisindədir. O nişanlısının anası qoca Lüçiyanın yanına tələsir. Santutsa ümidsizlik içərisindədir, çünki Turidduda yenidən o hərbi xidmətdə ikən dövlətli Alfio ilə evlənən vvəlki sevgilisi işvəkar Lolaya qarşı məhəbbət oyanmışdır. Lüçiyanın Santutsanı sakitləşdirmək üçün göstərdiyi bütün cəhdlər əbəsdir - Santutsanı qısqanclıq əzabları üzür.
Monday, 16 February 2015
"COMPOSERS OF XXth CENTURY"
Fevral ayının 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filamoniyasında "XX əsrin Bəstəkarları" adlı konsert keçirildi. Qara Qarayev adına Azərbaycan Dövlət simfonik orkestri Arnold Şönberq, Alfred Şnitke, Dmitri Şostakoviç və Qara Qarayevin əsərlərini səsləndirdilər. Hər nə qədər Filarmoniyanın zalı boş olsa da konsert kifayət qədər maraqlı keçdi.
PROGRAM
Thursday, 5 February 2015
Fərəc Qarayevin 70 illik yubileyi (19.12.2014)
Bəstəkar Fərəc Qarayevin 70 illik yubileyi məhz elə onun ad günündə yəni 19 dekabr tarixində Filarmoniyanın səhnəsində qeyd edildi. İlk ifa olunan əsər Atrhut Lourie-nin Fərəc Qarayev tərəfindən kamera orkestri üçün redaksiya olunmuş "Syntheses" əsəri idi. Əsər Arthur Lourie tərəfindən 1914-cü ildə qələmə alınıb. Fərəc Qarayev isə bu əsəri 2010-cu ildə redaskiya edib.
Athur Lourie (1892-1906) Rus-Amerika bəstəkarı, nəzəriyyəçisi, tənqidçisi, musiqidə futurizmin və 20-ci əsr musiqi avanqardının görkəmli nümayəndələrindən biri olmuşdur.
Sunday, 25 January 2015
Miri Yusifin konserti (10.01.2014)
İmtahanlar ərəfəsində qardaşımla getdiyim və stress atmağma səbəb olan konset Miri Yusifin konserti idi. Əslində bu qardaşımın mənə ad günü hədiyyələrindən biridi. Sadəcə ikimizin də sevəcəyi bir konsert olmalı idi. Seçimi qardaşım etdi :)
Hər halda həmin günü xoşbəxt idim.
Tuesday, 20 January 2015
Agatha Christie : Murder on the Orient Express
Əsl adı Agatha Mary Clarissa, Lady Mallowan olan lakin 1-ci həyat yoldaşının familyası ilə daha çox məşhurlaşan Aqata Kristi dünyada İncil və Şekspirdən sonra əsərləri ən çox nəşr olunan ingilis yazıçısıdır. O, 60 dedektiv , həmçinin bəzi mənbələrə görə 6 bəzilərinə görəysə 10 psixoloji romanın da müəllifidir. Psixoloji janrda yazdığı romanlarını isə Meri Uestmakkot (Mary Westmacott) təxəllüsü ilə nəşr etdirmişir. Əsərləri 100-dən çox dilə tərcümə olunan Aqatanın kitabları 4 milyarddan çox tirajla çap olunub. Onun The Mousetrap adlı teatr səhnəsi üçün yazmış olduğu əsəri ən uzun müddətli və fasiləsiz səhnələşdirilən bir əsər olaraq da dünya tarixinin rekordları sırasındadır. Baxmayaraq ki, Aqata Kristi özü demişdi ki, bu əsər London səhnəsi üçün yaxşı əsərlərdən deyil amma bu əsər cəmiyyət tərəfindən bəyənilirdi.
Monday, 19 January 2015
Sevda İbrahimovanın 75 illik yubileyinə həsr olunmuş konsert (18.12.2014)
Dekabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Sevda İbrahimovanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş konsert gecəsi keçirildi. Konsertin əvvəlində musiqişünas Zemfira xanım Qafarova Sevda İbrahimovanın Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən biri olmasını qeyd edərək həmçinin ziyalı bir xanım olmasını da xüsusilə vurğuladı.
Saturday, 17 January 2015
"Hadi İnşallah"
İmtahanlar başlamamışdan bir gün əvvəl yəni yanvarın 5-də Xəyaləylə Bakıda 22 dekabrda Qala gecəsi keçirilən "Hadi İnşallah" filminə getdik. Film "Küçük aptalın Büyük dünyası" adlı kitab əsasında çəkilib. Bu kitab bir qızın sevgililəri ilə yaşadıqlarını öz bloguna yazdıqdan sonra onu bir kitab şəklində çap etdirməsi ilə yaranmışdı. Qızın əsl adı təbii ki, Pucca deyil.
Selen İşıkdır. Blogunda yazdığı yazıları Merlin Manronun şəkilləri ilə paylaşır. Düzü blogunda yazdıqlarını oxumamışam. Əgər siz oxumaq istəsəniz bu - onun blogunun linkidir linkidir.
Subscribe to:
Posts (Atom)
















