"İnsan üşüyəcəyini bilə-bilə niyə eyni yerə ikinci dəfə yenə gedər? " sualına cavab tapa bilməyənlərin bariz nümunələriyik. Yenə də səhər tezdən oyanan və həmin festival çərçivəsində səhər tezdən Sahil metrosunda Aysellə görüşüb mühazirəyə gedəcək olan mən.
P.S. Öz blogum olduğu üçün özündən sanki dünya əhəmiyyətli romanın baş qəhrəmanı kimi bəhs etdiyimin də fərqindəyəm bu arada.
Mühazirədə 20-və 21-ci əsrlərin vokal musiqisinin nəzəri problemlərindən bəhs edilirdi. Heç həvəslə gözlədiyim sonuncu çıxış da baş tutmur. Çox gec olduğundan Marianna Vısotskaya çıxış etməkdən imtina edir. Amma bu arada Ayselin də məni Raya Abbasovanın çıxışı zamanı orda qoyub Akademiyaya getməsini də yazmasam olmaz. Həqiqətən çox soyuq idi. İnsan hərəkət etməyəndə daha da üşüyürmüş. Aprelin bu il soyuq keçdiyini heç vaxt unutmayacam.
Əslində o mühazirəyə getməyimizə səbəb həmin günün yəni 23- aprel axşamında Gənc Tamaşaçılar teatrında səhnəyə qoyulacaq olan Vladimir Tarnopolskinin "Kölgənin Fövqündə" adlı multimedial operasına gedəcək olmağımız idi. Çünki operanın nədən bəhs etdiyini bilmirdik. Mühazirədəki 3-cü çıxış məhz həmin opera haqqında idi. Üstəlik çıxış edənin də adı Vladislav Tarnopolski idi. Düzü bilmirəm amma məncə onun operanın bəstəkarı ilə hansısa bir qohumluğu var.
P.S. Ondan sonrakı hadisələr


No comments:
Post a Comment