Saturday, 23 May 2015

Concert by Students from Baku Music Academy and Bergen University Grieg Academy" (23.04.2015)


Ayselin məni qoyub getdiyi muzey mərkəzində artıq donmaqla donmamaq arasında qalmadığım , əməlli donduğum Muzey Mərkəzindən mühazirə bitdikdən sonra qaçaraq çıxdım və oxuduğum təhsil ocağına yəni Bakı Musiqi Akademiyasına doğru yol aldım. Qeyd edim ki, mühazirə hardasa saat 13:30 radələrində bitmişdi.  Universitetə doğru yol alaraq getdiyim  həmin günü iştirak edəcəyim ikinci  tədbir idi. 

Akademiyada bizim tələbələrlə  Norveçin Bergen Universitetinin tələbələrindən ibarət konsert olacaqdı. Konsertdə Vüaslın da əsəri səslənəcəkdi. Vüsal da bu yazını oxuyub başa düşməyənlər üçün deyim ki, bizimlə eyni yəni 3-cü kursda bəstəkarlıq fakültəsində oxuyan (olmağına bu gün 3-cü kursu da başa vurduq ) qrupyoldaşımızdır. Bu konsert Norveçdə baş tutmuşdu,  eyni konsert  bizdə də oldu.



Xüsusilə dirijoru qeyd eləmədən bu yazını bitimək istəmirəm. Hər nə qədər bu yazını heç vaxt görməyəcək olsa belə hətta görsə də nə yazdığımı  başa düşməsə də hörmətli, Ricardo Odriozola burdan sənə demək istəyirəm ki, həyatımda gördüyüm ən əsəbləri sakit, ingilislər demiş "cool" və bizlərə daha çox bənzəyən insansan. Gözlərimdən ürək çıxan smile burda yerləşdirə bilməsəm də sözlərimlə ümid edirəm bunu ifadə edə bildim :P
P.S. Vüsal, bundan daha böyük uğurlara imza atmağın ümidilə, bir daha təbriklər :)) 
Dirijorun tək şəkilini tapa bilmədim, üzürlü say Vüsal :))

(Həmin günü əslində bir youtube kanalı da açdıq. Əgər istədiyimiz reallaşsa onun haqqında da yazacam)







Bu da Vüsalın əsəri : 






No comments:

Post a Comment