Friday, 22 May 2015

Qara Qarayev adına VI Müasir Musiqi Festivalı ( Açılış - 20.04.2014 )

Yaşadığım ən maraqlı xatirələrdən biri də bu festival çərçivəsində baş verənlər idi. Çox gərgin dərs rejimimiz olmasına baxmayaraq çatdırıb necə festivala getdik hələ də xatırlayanda gülümsəyirəm.  Festivalın açılışı Filarmoniyada baş tutdu. Aprelin 20-də, həftənin birinci günüdə. Bizim yenə təhlil üçün kitabxanaya gedib dərs oxuduğumiz günlərdən biri idi. 

Mürəkkəb İki hissəli formanı keçmişdik və romansları təhlil edirdik.  Daha doğrusu Ayselin kitabxanada  Azərbaycan Musiqi Tarixindən olan referatını yazıb mənim isə mürəkkəb iki hissəli formalı əsərləri təhlil etdiyim gün idi. Həmin günü Məkkə, Türbət  və Validə Akademiayaya gəlməmişdilər. 
Akademiyadan sonra Filarmoniyaya getmişdim Aysellə. 
Şəkildə görünən komp isə qızların lazımlı materialın dropbox-a yüklənməsini gec xəbər verməsi və Ayselin də çarəsiz qalıb filarmoniyanın ortasında telefonunun interneti ilə dropbox-a həmin materialı yerləşdirməsi idi. Konsertin başlanmasına 5 dəqiqə qalmış həmin material nəhayət ki, yükləndi.



Həyatıma musiqişünaslıqla daxil olan hər nümayəndəni çox istəyirəm əslində. Ayrı-ayrı hərəsinin öz yeri var. Çünki qrupyoldaşlarınla bir ömrü paylaşırsan, həyatının ən gözəl illərində onlar olur. Əksər qərarları onlarla birlikdə verirsən, çünki qərara verəcəyimiz çox mövzu əsasən dərslə bağlı olur. 
Mənim sentimentallığım daha da dərinləşmədən mən festivala keçim.
Bu ilki festival daha çox vokal səpgili əsərlərin çoxluq təşkil etməsiylə diqqəti çəkirdi. Elə açılışda da bu tipli əsərlər var idi. 


P.S. Fəridə xanıma və anasına da xüsusi təşəkkürlər. 
 Açılışda səslənən əsərlərdən bəziləri : 








No comments:

Post a Comment