Nəhayət həmin günün axşamı.
Burdan resume edərək 23 apreldən əvvəlki günün axşamına qayıtmaq istəyirəm. Hövsələniz çatıb sona kimi oxusanız hər şey aydın olacaq.
22 aprel axşamında hər zaman olduğu kimi biz Markın xüsusi mülkiyyətinə çevirdiyi whatsapp-da "Musiqişünaslar" qrupunda çox maraqlı söhbətlərimizdən birini edirdik. Telefon əlimdə olduğundan arada bir instagrama baxırdım. Baxmaz olaydım, orada İncəsənət Universitetinin tələbələrindən birinin buraxılış işi kimi Kamera və Orqan zalında mənim ən sevdiyim musical olan Paris Notre Dame Kilsəsi əsərini səhnəyə qoyulacağının afişasını gördüm. Görməz olaydım.
Çünki biz əslində Multimedial operaya gedəcəkdik. Uzun mübahisələrdən sonra hətta son ana qədərki qərarsızlığımızın nəhayətində Məkkəylə Validə musicala mənlə Aysel isə multimedial operaya getdik. Əslində Validəylə Məkkə heç musicalda da çox oturmadılar. Həmin günü Alman-Azərbaycan mədəniyyət mərkəzi olan Kapellhaus-dakı (Məkkənin bacısının rəfiqəsi çıxış edəcəkdi) konsertə gediblər. Bilməyənlər üçün deyim konsert salonları bir-birinə çox yaxındır, hətta yanaşı yerləşirlər.
Multimedial operada ilk dəfə bir əsərin iki orkestr və iki dirijoru olduğunu gördüm.
P.S.Gecənin sonunda metroyla evə gəlmək isə dünyanın ən əzablı işlərindən biridir.

No comments:
Post a Comment