Və nəhayət festivalın bağlanışı. Bağlanışa dördümüz də getmişdik. Validəylə mən bərabər getdik, Məkkə və Aysel ilə orda görüşdük. Əvvəlcədən deyim ki, bağlanış həqiqətən möhtəşəm idi.
Həm proqram gözəl seçilmişdi, həm də ifaya söz ola bilməzdi.
| Igor STRAVINSKY (1881–1971) | Veruyu (Credo), for chorus a cappella |
| İsmayıl HACIBƏYOV (1949–2006) | "Memorial" by Stravinsky |
| John TAVENER (1944–2013) | The Lamb, for chorus a cappella (William Blake) |
| Arnold SCHÖNBERG (1874–1951) | A Survivor from Warsaw |
Konsert kifayət qədər uzun olduğu üçün çox təəssüf ki, sonuncu əsəri dinləyə bilmədik, çünki daha evə getməli idik. Ümid edirəm Anri Mişonun müqəddəs ruhu bizi bağışlayar. Burdan dirijor Philipp CHIZHEVSKY - yə də dərin təşəkkürlər.

No comments:
Post a Comment