Sunday, 21 June 2015

Francoise Sagan : "La Laisse" (1989)

“The one thing I regret is that I will never have time to read all the books I want to read.”  -  



"Təssüf etdiyim yeganə şey  oxumaq istədiyim bütün kitabları oxuyacaq qədər heç vaxt zamanımın olmayacağıdır".
 -  Bu sözlərin müəllifi  18 yaşında qələmə aldığı "Salam Kədər" (Bonjour Tristesse) adlı ilk romanı ilə dünya şöhrəti qazanan fransız yazıçısı Fransuaza Saqandır.
Heç vaxt xəyalını gerçəkləşdirə bilməməsini qəbul etməsi ( maraqlı olan da bu xəyalın əslində reallaşmayacaq qədər çətin bir xəyal olmamasıdır ) çox ehtimal onun azad təbiətilə bağlı olaraq heç vaxt özünü çərçivəyə salıb nəyəsə məcbur etməyəcəyini bilməsinə görə idi. 
Narkotik, qumar, alkaqol aludəçisi olan Saqan 1935-ci ildə dünyaya göz açıb.  Özünü daha çox kişiyə bənzədən Saqan Allah varsa onun 1935-ci ilin 21 iyununda səhv etdiyini deyirdi. Yəni  bu gün (21 iyun ) onun ad günüdür. 

 Varlı bir ailənin qızı olan Fransuaza roman yazmağa qərar verəndə ailəsi xüsusilə atası bunun heç də yaxşı qarşılamamışdı.  Buna görə də Fransuaza  əsl familyası olan Kuare əvəzinə çox sevdiyi  fransız yazıçısı  Marcel Proust-un qəhrəmanlarından olan Sagan-ı özünə familya olaraq seçir. Elə dünya ədəbiyyatı tarixində də o məhz Fransuaza Saqan olaraq tanınır. 
Fransuaza Saqana kitabların arasında təsadüfən rast gəlmişdim. Evimizdə olan kitabda "Sehirli buludlar" adlı povestini oxumaq istəmişdim. Roman yox hətta povest olmasına baxmayaraq yarımçıq qoyub əsəri sonuna kimi oxuya bilməmişdim.  Sonradan "Boyunduruq" adlı romanını oxumağa qərar verdim. Etiraf edim ki, sevmədim. Hər iki əsərində nihilizm boşluğunu hiss etdim. Maraqlıdır ki, özü də deyirdi:   "Əgər təmin olunmuş və maddi cəhətdən azad biri olsaydım, bilmirəm, yazardımmı...". Məncə yazmazdı. Yazmağa qərarlı olsaydı belə 22 roman, 7 pyes, 3 oçerk kitabı və 2 novella toplusu qədər yazmazdı. 


"Boyunduruq" romanı Konservatoriyanı pianoçu kimi bitirən Vensanla varlı ailənin qızı Loransın 7 illik evlilik həyatının necə sona çatacağından bəhs edir.  
Əsər sayəsində fransız bəstəkarı Vincent Scotto və  müğənni Line Renaud-u kəşf etdim. 

Bəstəkar 4000-min şansonun müəllifidir. 

Hələ də sağ olan Line Renaudun ifasında tipik fransız şansonlarından birini dinləyin : 
 "Que sera sera"  






Kitabdan seçdiklərim :

Əgər qadına məntiq lazımdırsa, bu yalnız onun özünü xoşbəxt hiss etməsi üçündür.

Fikrimcə kinli olmaq pis şeydir. Acıqlana bilərəm. Amma kin-küdurət yığmaq?.. Bunun mənası yoxdur. 

Mənə elə gəlir ki, insan övladının ən geniş yayılmış və ən dəhşətli bədbəxtliklərindən biri də elə budur - özündən qaçmaq və özünə əks olan şeyə qarşı gizli, acgöz bir canatma ilə ya.amaq ; əgər insanın bütün varlığı şübhə altına alınarsa, bu sözün əsl mənasında qorxulu olar.

...məni özümə görə sevmiş olsaydı, bəlkə də, mən o günah hissinin varlığını heç vaxt hiss etməyəcəkdim...

O, həqiqətəndə məni özünə görə sevirdi. O, məni tanımırdı, mənimlə maraqlanmırdı : bunu başa düşmək üçün Loransın məni onu qane etməyən xüsusiyyətlərimi necə böyük inadla düzəltməyə çalışdığını xatırlamaq yetər.

Yaxın keçmişlə, hətta bu günlə bağlı bütün pis şeylər yaddaşımdan atmalıyam ki, xoşbəxtliyin özünü olmasa da,  heç olmasa, ona qarşı duyduğum həvəsi, onun dadını yenidən əldə edim ; belə olmasa, hələ uzun müddət xoşbəxtliyim haqqında heç fikirləşə də bilməyəcəm.




3 comments:

  1. maraqli idi, tesekkurler :)

    ReplyDelete
  2. Hər nə qədər kim olduğunuzu bilməsəm də vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər ^_^

    ReplyDelete
  3. Vaxtimin heder getmediyine sevindim :)

    ReplyDelete