Disney qızlarından ən çox Belle olmaq isteyirdim. Uşaq vaxtı da, indi də. Cizgi filmi məndən 1 yaş böyükdü. 1991-ci ildə çəkilib. Filmi isə bu il çəkildi. Mart tətilində getmişdik. Cizgi filminin hər səhnəsini əzbər bilirəm, elə mahnılarını da. Filmdə dəyişikliklər var idi. Aktyor seçimi baxımından ümumən uğursuz idi, bircə Gaston və hər zaman onun yanında olan ton-ton oğlan xoşuma gəldi.
Ən dəhşətlisi bizim kinoteatrlarda verilən 3D eynəkləridir. O eynəklər insanın gözünü xarab edər.
2014-cü ildə şəkilən "La belle et la bête" filmi bundan çox daha qəşəng idi.
P.S. Bir də əgər bir gün ailə qursam mütləq öz toyumda "Tale as old as time" mahnısında rəqs edəcəm. Məni toyumda müşayiət edən ağzı, burnu olan nə Mrs.Potts, nə Chip, nə Lumière, Cogsworth olmasa da, həmin gün mən axı Belle olacam :)
No comments:
Post a Comment