Saturday, 17 November 2018

Orhan Pamuk - Masumiyet müzesi


Roman çoximkanlı bir ailənin 30 yaşındakı oğlu Kamal ilə onların uzaq və kasib qohumları olan Kəskin ailəsinin 18 yaşındakı qızları Füsun arasında keçən eşq hekayəsindən bəhs edir. Yəqinki əksəriyyətiniz bu əsər haqqında az-çox məlumatlıdır. Ümumən maraqlı əsərdir. Amma mənə görə bəzi hissələri lazımsız formada uzadılmışdı. Xüsusilə də Kamalın yaşadığı kədər bütün incə detallarıyla, hətta məncə bir az da şişirdilmiş formada təqdim olunmamalı idi. Çünki romanı oxuyan oxucu Füsunun duyğularından demək olar ki, bixəbər olur. Həddən artıq məşhurlaşmış möhtəşəm bir eşq hekayəsi statusuna deyə bilmərəm layiq idi.

Kazuo Ishiguro - "Never Let Me Go"




Oxuduğum ən qeyri-adi romanlardan biri idi.
Romanda 3 əsas obraz var : Keti, Rut və Tomi. Hadisələr elə bu əsas obrazlardan biri olan Ketinin adından danışılır. Bu uşaqların bir ailəsi yoxdur və əslində onlar cəmiyyətdəki bəzi insanların (Klonlaşdırma üçün seçilmiş insanlar da küçələrdəki evsiz-eşiksiz insanlardır) klonlarıdır.