
Oxuduğum ən qeyri-adi romanlardan biri idi.
Romanda 3 əsas obraz var : Keti, Rut və Tomi. Hadisələr
elə bu əsas obrazlardan biri olan Ketinin adından danışılır. Bu uşaqların bir
ailəsi yoxdur və əslində onlar cəmiyyətdəki bəzi insanların (Klonlaşdırma üçün
seçilmiş insanlar da küçələrdəki evsiz-eşiksiz insanlardır) klonlarıdır.
Bu üç uşaq, o cümlədən digər klonlar da Heylşem
adlı (bir növ yetimxana) yerdə tərbiyəçilər tərəfindən böyüdülürlər. Onlara
daima özlərinə yaxşı baxmalı olduqları öyrədilir və incəsənətə yönəldilirlər.
Bu uşaqlar heç vaxt valideyn ola bilməzlər və vaxt gələndə ya himayəçi olurlar,
ya da orqanlarının transplantasiyasına başlanılır. Himayəçi olmaq da bir növ
tibb bacısı olmaq kimidir. Yəni birbaşa olaraq orqanlarının transplantasiyasını
reallaşdıran digər klonların onlar ölənə kimi qayğılarına qalır və bu proseslə
bağlı müəyyən sənədləşdirmə işlərini həyata keçirirlər. Və bu klonlar iki, ən
yaxşı halda üç orqan transplantasiyası əməliyyatı keçirdikdən sonra ölürlər.
Əsər hər nə qədər distopiya janrında olsa da (yəni
hər nə qədər mən romandakı hadisələrin real olmadığını özümə dəfələrlə desəm də)
təsir altına düşməmək mümkünsüz idi. Çünki onlar klon olsalar da insandırlar.
Ola bilsin Allahın iradəsiylə yaradılmayıblar amma onların duyğuları, hisləri
var və ən dəhşətlisi onlar gələcəklərinin olmadığını, çox yaxın zamanda öləcəklərini
bilirlər. Bir insan olaraq ömrümüzün biz də sona çatacağını bilirik amma bunun
nə zaman sonlanacağını və heç olmasa orqanlarımızın mütləq
transplantasiyasından sonra baş verməyəcəyinə əminik. Seçim azadlıqlarına
sahibik, öz həyatımızı istədiyimiz kimi qura bilərik. Onların cəmiyyətdə
hansısa mövqe tutması belə mümkünsüzləşdirilib çünki onlar bunun üçün hansısa təhsil
də görmürlər. Onlar yaradan elm adamları da(insan deməyə dilim gəlmir) onların
duyğularının olduğunu ümumiyyətlə nəzərə almayıblar. Əslində əsərdə bununla
bağlı məqamlara çox fərqli bir tərzdə toxunulur. Belə ki, onların incəsənətə, rəsmə
yönəldilməsi əslində səbəbsiz deyildi.
Romanın sonu insanda dərin boşluq yaradır və
kitabın son cümlələri belə idi : “Xəyallarım bundan irəli getmədi-getməyə
qoymadım. Gözümdən yaş axmağa başladısa da, hönkürmədim, özümü itirmədim. Sadəcə
bir qədər gözlədim, sonra maşına qayıtdım və getməli olduğum yerə sürdüm.”
Kitabı oxumağa qərar versəniz bir az səbrli olun,
ilk 100 səhifədən sonra artıq hadisələri başa düşməyə başlamaq olur çünki
romanın əvvəllində hadisələr ardıcıl cərəyan etmir. Distopiya olsa da həyata
dair çox təsiredici fikirlər aşılayan bu romanı mürləq oxumağınızı tövsiyyə
edirəm.
Sevgiylə qalın.
Çox maraqlıdır, uğurlar.
ReplyDeleteTəşəkkürlər :)
ReplyDeleteKitabı oxuyuram. Çox təsirli romandır. Eynən sizin dediyin kimi kitabı 100 cü səhivədə tam olaraq anladım)))
ReplyDelete