Friday, 19 October 2018

Catherine Bybee - Wife by Wednesday

 Əvvəllər kifayət qədər imkanlı ailənin qızı olan amerikalı Samanta və britaniyalı hersoq Bleykin sövdələşmə əsasında reallaşan, lakin daha sonra real sevgiyə çevrilən münasibətləri haqqındadır. Samantanın atası öz səhvləri ucbatından iflasa uğrayır, bu hadisələrdən sonra Samanta ailənin yükünü daşımağa çalışır və iflic olmuş bacısına ən yaxşı şəraitdə baxılmasını təmin etmək üçün əlindən gələni edir. Lakin bu ondan kifayət qədər vəsait tələb edir. 
Samanta sövdələşmə əsasında evlənmək istəyənləri bir araya gətirən “İttifaq”ın yaradıcısıdır və gəlirini burdan təmin edir. Atasından qalan mirasa sahib ola bilmək üçün hersoq Bleyk 36 yaşına kimi evlənməlidir və bunun üçün “İttifaq”a baş vurmalı olur. ⠀ ⠀ ⠀ ⠀
 Sıradan, əvvəlini oxuyanda sonunu asanlıqla təxmin edəcəyiniz amma bununla belə romantik komediya kimi kitablar və filmləri sevirsinizsə tövsiyyə edə biləcəyim kitabdır. ⠀ ⠀ Düzü mənə görə süjet xətti həddən artıq sadə idi, Samın ailə qurduqdan sonra bəzi hersoginya qaydalarını öyrənməyə çalışması hardasa William&Kate ( Prince William-la Kate Middleton haqqında çəkilən film) filmini xatırlatdı. Amma yəni Letters to Juliet filmi belə daha maraqlı süjet xəttinə sahibdir nəinki bu kitab. Həddən artıq sıradan olduğunu düşündüyüm üçün bu seriyayla vidalaşmağı düşünürəm. 

No comments:

Post a Comment