Nuri Bilge Ceylan adını yəqinki eşitməyəniniz yoxdur. Türkiyənin Çanaqqala vilayətinin Yenicə adlanan bölgəsində 1959-cu ildə dünyaya gözlərini açan Nuri Bilge Ceylan Türkiyəli kinorejissordur. "Kış uykusu" ndan əvvəl çəkdiyi hər bir filmi istər yerli istərsə də xarici film festivallarında müxtəlif nominasiyalar üzrə qalib olub. Amma mən onun adını Kann film festivalındakı çıxışından sonra tanımışam. Rejissor məhz 61-ci Kann film festivalında "Üç maymun" filmi ilə ən yaxşı rejissor mükafatına layiq görülmüşdü. Bu onun Kannda aldığı üçüncü mükafatı idi. Amma məhz ən yaxşı rejissor mükafatını "Üç maymun" filmi ilə almışdı. Həmin çıxışında Nuri Bilge Ceylan demişdi : "Ödülü, tutkuyla sevdiğim yalnız ve güzel ülkeme adıyorum".
Friday, 26 September 2014
Saturday, 20 September 2014
Üzeyir Hacıbəyli - ev muzeyi
Üzeyir Hacıbəylinin doğum günü bizim musiqi günümüz kimi qeyd olunur. Bununla bağlı olaraq artıq 6-cı ildir ki, məhz onun doğum günündən yəni 18 sentyabrdan başlayaraq Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalı keçirilir. Festival keçən il də olduğu kimi sentyabrın 28-nə kimi davam edəcək.
Təbii ki, 18 sentyabrda bəstəkarın ev muzeyində də bununla bağlı olaraq tədbir keçirilib.
Friday, 12 September 2014
Антон Чехов. Моя жизнь (Рассказ провинциала)
Dünya Ədəbiyyatının klassiklərindən olan görkəmli rus yazıçısı Anton Çexov 1860-cı il yanvarın 29-da ailənin 3-cü övladı olaraq anadan olub. Əsərləri 100-dən çox dil tərcümə olunmuş yazıçı ixtisasca həkim olub.
"Mənim Həyatım" adlı hekayəsi ilk dəfə 1896-cı ildə dərc edilib. Həmin vaxtdan indiyənə kimi çox az dəyişikliklər olub : həminki insanlar, həminki problemlər, həminki özünü tapmaq cəhdləri.
Həyatda insanın öz yerinin axtarışı haqqında olan bu povest bu gün xüsusilə kəskin səslənir və bir çox nəsillər üçün də aktualdır.
Əsərdə müəllif istehza ilə incə vurğulanmışdır ki, xəyallar və real həyat tez-tez uyğun gəlmir.
Subscribe to:
Posts (Atom)
