Saturday, 20 September 2014

Üzeyir Hacıbəyli - ev muzeyi

   Üzeyir Hacıbəylinin doğum günü bizim musiqi günümüz kimi qeyd olunur. Bununla bağlı olaraq artıq 6-cı ildir ki, məhz onun doğum günündən yəni 18 sentyabrdan başlayaraq Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalı keçirilir. Festival keçən il də olduğu kimi sentyabrın 28-nə kimi davam edəcək. 




    
     Təbii ki, 18 sentyabrda bəstəkarın ev muzeyində də bununla bağlı olaraq tədbir keçirilib. 



İlk növbədə Sərdar Fərəcov ( Ü.Hacıbəylinin ev muzeyinin direktoru) və  Əli İbrahimbəyli  (Gəmiqaya elm və təhsil mərkəzinin rəhbəri, pedaqoji kadrların ixtisaslaşdırma və yenidən hazırlanma  kursları instititutunun müəllimi, psixologiya kafedrasl üzrə ) çıxış edib. 






 Bəstəkarın "Koroğlu" operasından üverturanın Qara Qarayev adına 8 No-li məktəbinin yetirmələrinin ifası  ilə davam edən    tədbirdə daha sonra "Arşın mal alan" operettasından Müqəddimə səslənib.

     Daha sonra məhz həmin  operettadan Fərid Əliyev Əsgərin ariyasını , Nərgiz Kərimova Gülçöhrənin ariyasını və birgə Əsgərlə Gülçöhrənin duetini səsləndirdilər.  Fortepianoda isə Roza Məmmədova müşayiət edirdi. 






Tədbirdə həmçinin  Üzeryir Hacıbəylinin "Fantaziya" sı da ifa olunub. 






Tədbirin sonlarında gənc bəstəkarlar Ağa Əliyev və Rəcəb Zeynalovun da əsərləri səslənib.









Tədbir boyu müxtəlif elm və mədəniyyat nümayəndələri bəstəkar haqqında fikir və xatirələrini də bölüşüblər.



P.S. Bu linkdən festivalın proqramına baxa bilərsiz.

No comments:

Post a Comment