Hamının bildiyi kimi bu il keçirilən Jazz festivalı 19-30 Oktyabr tarixlərinə təsadüf edir. Şəhərimizin konsert zallarında dünyanın müxtəlif Jazz qrupları öz ifalarıyla çıxış edirlər. Onlardan biri Louisiana ştatının New Orlean şəhərindən və Terence Blanchard -in rəhbəri olduğu jazz qrupu idi.
Müasir Post - Mainstreamin virtuoso - larından biri hesab olunan truba ifaçısı Terence Blanchard 5 yaşından fortepianoda , 8 yaşından isə trubada ifa etməyə balşayıb. Ellis Louis Marsalis - in sinifində oxuyub. 1980-82-ci illərdə Lionel Hampton - nun orkestrində ifa edib.
