Uzun müddət idi ki, anayla heç bir konsertə getməmişdim. Həm də tarın səsini çoxdandı eşitmirdim.
Fevralın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq Artisti Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən gecədə sənətkarın həyat və yaradıcılığından danışıldı, musiqi mədəniyyəti tarixindəki xidmətləri qeyd olundu. Tədbirdə AzTV-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış etdi. Əsasən mahnıları ifa olunan bəstəkarın tar və kamança üçün yazdığı konsertlərin də bir hissəsi səsləndi.
No comments:
Post a Comment