Tuesday, 26 August 2014

Summer is over :) !!!


    Daha bir yay fəslinin sonuna gəldik. İllərdir getmək istədiyim Qəbələ musiqi festivalına bu il gedə bildim. Açıq səma altında musiqi dinləmək çox möhtəşəm idi.

3-cü kursda oxuyacam. İyun ayından bəri gündəlik yazmırdırım.   Sakit və rahat yay tətili keçirdim.


Həyatımda yolunda getməyənlər olanda yaza bilirəm deyəsən. 

Maraqlı hadisə isə illərdir evimizdəki zanbaqların gül açması idi. Onlar  həmişə Mart ayında gül  açırdılar.  İlk dəfə onların yayda  gül açdıqlarının şahidi oldum. Sevindim. 

Friday, 15 August 2014

Stefan Zweig : Vierundzwanzig Stunden aus dem Leben einer Frau

         Əslən yəhudi olan yazıçı Ştefan Svayqın oxuduğum növbəti novellası "Bir qadının həyatının 24 saatı" adlanır. Yazıçı haqqında geniş məlumatı burdan əldə edə bilərsiz. 
    Yaşlı bir qadının keçmişində həyat yoladşı vəfat etdikdən sonra səyahət etdiyi ölkələrdən birinin qumarxanasında tanış olduğu gəncin öz həyatını məhv etməsinin qarşısını almaq cəhdinin boşa çıxmasından söhbət açır. 
    Bunun müqabilində yaşadığı 24 saatı ona ömrünün sonuna kimi xatırlayacağı şəkildə kədərli yaşadan gənci xatırlaması ya da səhv etdiyi üçün özünü günahlandırması qadının ömrü boyu davam edir. 

   

Tuesday, 12 August 2014

6th Gabala International Music Festival (2014)


     Bu il 6-cısı keçirilən Qəbələ musiqi festivalında iştirak etmək mənə də qismət oldu.  Festival iyulun 23-dən avqustun 1-nə kimi davam etdi. Mən festival çərçivəsində  ayın 26-da açıq havada keçirilən konsertdə iştirak etdim. Həmin günü proqramda JOHANNESBURG PHILHARMONIC ORCHESTR-nin ifasında aşağıdakı proqram səsləndi :